Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 8 . Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
  • 8.1.Adambaşına düşən iqtisadi artımı milli şəraitə uyğun müsbət meylləri saxlamaq
  • 8.2. Şaxələndirmə, texnologiyanın yenilənməsi və innovasiyalar vasitəsilə, o cümlədən yüksək dəyər əlavə olunan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyələrə qalxmasına nail olmaq.
  • 8.3.İstehsal fəaliyyətinə, layiqli əmək imkanlarının yaradılmasına, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətləri təşviq etmək və başqa vasitələrlə yanaşı maliyyə xidmətlərinə çıxış imkanı yaratmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin formalaşdırılmasını və artımını həvəsləndirmək.
  • 8.4. 2030-cu ilədək, qlobal olaraq istehlakda və istehsalda resurslardan səmərəli istifadəni tədricən artırmaq və inkişaf etmiş ölkələr öndə getməklə, dayanıqlı istehlak və istehsal üzrə 10-lik proqramlar çərçivəsinə uyğun olaraq, iqtisadi artımla ətraf mühitin korlanması arasında əlaqəni zəiflətməyə cəhd etmək.
  • 8.5.2030-cu ilədək, bütün qadınlar və kişilər üçün, o cümlədən gənclər və əlilliyi olan insanlar üçün tam və məhsuldar məşğulluğa və eyni dəyərdə olan işə görə bərabər ödənişə nail olmaq.
  • 8.7.Məcburi əməyi aradan qaldırmaq, müasir dövrdə köləliyə və insan alverinə son qoymaq və ən pis formalarda uşaq əməyinin qadağan olunmasına və aradan qaldırılmasına zəmanət vermək üçün təxirəsalınmaz və effektiv tədbirlər görmək və 2025-ci ilədək, bütün formalarda uşaq əməyinə son qoymaq.
  • 8.8.Bütün fəhlələr, o cümlədən miqrant fəhlələr, xüsusən də qadın miqrantlar və riskli şəraitlərdə işləyənlər üçün əmək hüquqlarını qorumaq və etibarlı və təhlükəsiz iş mühitlərini təşviq etmək.
  • 8.10.Hamı üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını həvəsləndirmək və genişləndirmək üçün daxili maliyyə institutlarının potensialını gücləndirmək.