Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 3 . Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
  • 3.1.2030-cu ilədək, dünyada ana ölümü nisbətini hər 100,000 canlı doğuşa 70-dən aşağı səviyyəyə qədər azaltmaq.
  • 3.2..2030-cu ilədək, bütün ölkələr tərəfindən neonatal ölüm hallarının ən azı hər 1,000 canlı doğuşa 12 hal və 5 yaşadək uşaq ölümü hallarının isə ən azı hər 1,000 canlı doğuşa 25 belə halın baş verdiyi səviyyəyə qədər endirilməsi məqsəd kimi qarşıya qoyulmaqla, körpə və uşaqların qarşısı alına bilən ölüm hallarına son qoymaq.
  • 3.3.2030-cu ilədək, QİÇS-in, vərəmin, malyariyanın və kifayət qədər diqqət yetirilməyən tropik xəstəliklərin epidemiyasına son qoymaq və hepatitlə, sudan keçən xəstəliklərlə və digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq.
  • 3.4..2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə birə qədər azaltmaq və əqli sağlamlığı və sağlam yaşayışı təşviq etmək.
  • 3.6.2020-ci ilədək, dünyada yol qəza hadisələrindən ölüm və xəsarət alma hallarını yarıya qədər azaltmaq.
  • 3.7.2030-cu ilədək, hamının cinsi və reproduktiv səhiyyə xidmətlərinə, o cümlədən ailə planlaşdırması, informasiya və təhsillə bağlı xidmətlərə çıxış imkanının təmin edilməsi və reproduktiv sağlamlığın milli strategiyalara və proqramlara daxil edilməsi.
  • 3.8..Maliyyə riskindən qoruma da daxil olmaqla, hamı üçün tibbi sığorta təminatına, əsas keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanına və təhlükəsiz, effektiv, keyfiyyətli və əlçatan şəkildə əsas dərman preparatlarına və peyvəndlərə çıxış imkanına nail olmaq.
  • 3.a..Zərurət olduqda, bütün ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının yerinə yetirilməsi işini gücləndirmək.
  • 3.b..Əhalinin sağlamlığının qorunması və xüsusən də hamının dərman preparatlarına çıxış imkanının təmin olunması üçün uyğunlaşdırma imkanlarına dair Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Bağlı Aspektləri üzrə Sazişdəki (TRİPS) müddəalardan inkişaf etməkdə olan ölkələrin tam həcmdə yarar-lan¬maq hüququnu bir daha bəyan edən TRİPS Sazişi və Səhiyyə haqqında Doha Bəyannaməsinə uyğun olaraq, ilk növbədə inkişaf etməkdə olan ölkələrə təsir edən yoluxucu və qeyri-yoluxucu xəstəliklər üçün peyvəndlərlə və dərman preparatları ilə bağlı tədqiqatlara və onların hazırlanmasına dəstək göstərmək, əlçatan şəkildə əsas dərman preparatlarına və peyvəndlərə çıxış imkanını təmin etmək.