Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 11 . Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
  • 11.4. Dünyada mədəni və təbii irsi qorumaq və mühafizə etmək üçün səyləri gücləndirmək
  • 11.5.2030-cu ilədək, yoxsul və çətin vəziyyətlərdə olan insanlara diqqət yetirməklə, su ilə bağlı fəlakətlər də daxil olmaqla fəlakətlər nəticəsində ölüm hallarının və onun təsirinə məruz qalanların sayını xeyli azaltmaq və qlobal ümumi daxili məhsula nisbətdə birbaşa iqtisadi itkiləri əhəmiyyətli dərəcədə azaltmaq.
  • 11.6.2030-cu ilədək, havanın keyfiyyətinə və bələdiyyə və digər tullantıların idarə olunmasına xüsusi diqqət yetirməklə şəhərlərdə adambaşına düşən mənfi ekoloji təsiri azaltmaq.
  • 11.b.2020-ci ilədək, əhatəlilik, resurslardan səmərəli istifadə, iqlim dəyişikliyinin fəsadlarının yüngülləşdirilməsi və uyğunlaşma, fəlakətlərə qarşı dayanıqlılıq istiqamətində vahid siyasətlər və planlar qəbul edən və həyata keçirən şəhərlərin və yaşayış məntəqələrinin sayını əhəmiyyətli şəkildə artırmaq və 2015 – 2030-cu illər üçün Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivəsinə uyğun olaraq, bütün səviyyələrdə vahid fəlakət risk idarəçiliyinin işlənib hazırlanması və həyata keçirilməsi.