Göstəricinin adı:
Ürək-damar xəstəliyi, xərçəng, şəkərli diabet və ya tənəffüs yollarının xroniki xəstəliklərindən ölüm səviyyəsi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Əhali statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Rza Allahverdiyev
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Əhali statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
rza.allahverdiyev@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 51 43
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
30.07.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
19.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
19.01.2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Ürək-damar xəstəlikləri, xərçəng, diabet, tənəffüs yollarının xroniki xəstəliklərindən ölüm səviyyəsi
|
3.2
|
Təsnifat sistemi
|
Azərbaycan Respublikasının “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019” və Ümumdünya Səhiyyə Təşkilatının “Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi, xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatı”
|
3.3
|
Əhatə edilən sektor
|
Ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edir.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim tərəfindən tərtib olunan ölüm haqqında tibbi şəhadətnamələrdəki qeydlərdən ibarətdir. Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır. Ölümün səbəblərinə görə ölüm əmsalları – göstərilən ölüm səbəbləri üzrə il ərzində ölənlərin sayının bu yaşda əhalinin orta illik sayına nisbəti yolu ilə müəyyən edilir. Ölümün ümumi və yaş əmsallarından fərqli olaraq, əhalinin 100 min nəfərinə hesablanır.
|
3.5
|
Statistik vahid
|
İnzibati məlumat
|
3.6
|
Statistik məcmu
|
1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması və Səhiyyə Nazirliyinin məlumatları
|
3.7
|
İstinad zonası
|
Yaş, cins və ümumi respublika
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatların dinamika sıraları 2015-ci ildən başlayaraq hal-hazırki dövrə qədər aparılır.
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
hər 100000 nəfər
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/6/calendar_y/
|
8.3
|
İstifadəçi girişi
|
Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” adlı sənəddə daha ətraflı məlumat verilmişdir (http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf).
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər
|
10.3
|
Onlayn məlumat bazası
|
Hazır cədvəllər bu linkdə mövcuddur: https://www.sdg.azstat.org/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Nəşr olunmuş və yayılmış rəsmi statistika məlumatlarında yol verilmiş səhvlərin düzəldilməsi qaydaları Statistik biznes-prosesin ümumi modeli (Azərbaycan versiyası, üçüncü redaksiya) Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təşkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur.Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə əhali və gender statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və əgər həmin məlumatın əldə edilməsi aktual olduğda müvafiq prosedura keçdikdən sonra hənim məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
Sonuncu dəfə 2010-cu ildə istifadəçilər arasında DSK-nın Məlumatların yayılması şöbəsi tərəfindən sorğu keçirilib və respondentlərin 78,7 faizi əhali statistikasına tam, 19,6 faizi isə qismən inandıqlarını bildirmişlər.
|
12.3
|
Dolğunluq
|
Məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun olaraq həyata keçirilir.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
“Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Coğrafi baxımdan ölkənin iqrisadi və inzibati rayon və şəhərlərini əhatə edir.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır.
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında da cüzi fərqlər yarana bilər
|
16
1
|
Xərc və yük
|
Respondentlərə düşən yükün azaldılması məqsədilə hər il əhali və gender statistikası üzrə bütün hesabatların tərkibinə yenidən baxılır. Belə ki, 2012-ci ildə “Ev təsərrüfatlarında doğum və uşaq ölümü hallarının qeydiyyatı haqqında” 1-DÖQ nömrəli rəsmi statistika müşahidəsi forması, “Əhalinin sayı, təbii və miqrasiya hərəkəti haqqında” 1-STM nömrəli rəsmi statistika hesabatı formaları respondentlərə düşən informasiya yükünün azaldılması məqsədilə Dövlət Statistika Komitəsinin 27 iyun 2012-ci il tarixli qərarı ilə ləğv edilmiş və 1-STM nömrəli rəsmi statistika hesabatı formasına yenidən baxılaraq bir sıra dəyişikliklər edilmiş və statistik cədvəl şəklində təsdiq edilmişdir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
İlkin məlumatlar alındıqdan sonra dəqiqləşmələr aparılır və yekun məlumat alınır. İlkin məlumat ilə yekun məlumatlar arasında cüzi də olsa fərq olur.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması və Səhiyyə Nazirliyinin məlumatları
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.Ədliyyə Nazirliyinin şəhər, rayon qeydiyyat şöbələri tərəfindən yerli statistika orqanlarına, onlar isə ilkin yoxlamadan sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir. Eləcə də, Səhiyyə Nazitliyi məlumatları əsasında
|
18.4
|
Məlumatlara nəzarət
|
Doğum və ölüm haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat orqanları tərəfindən tərtib edilən vətəndaşlıq vəziyyəti aktlarında olan məlumatların statistik cəhətdən hər il işlənib hazırlanması və Səhiyyə Nazirliyinin məlumatları əsasında əldə edilir
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompiliyasiyası yoxdur.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılır və bu Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|