Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.
Göstərici 17.19.1 Statistika sahəsində potensialın gücləndirilməsinə ayrılmış bütün resursların dollarla dəyəri


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   17.19.1 Statistika sahəsində potensialın gücləndirilməsinə ayrılmış bütün resursların dollarla dəyəri
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Statistika sahəsində potensialın gücləndirilməsinə ayrılmış bütün resursların dollarla dəyəri
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Maliyyə və təsərrüfat şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Tatyana Kuzina
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Maliyyə və təsərrüfat şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu tatyana.kuzina@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 75 60
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 16.03.2023
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 16.03.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 16.03.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı

“İnkişaf etməkdə olan ölkələrdə statistika sahəsində potensialın gücləndirilməsinə ayrılmış bütün resursların dollarla dəyəri” göstəricisi inkişaf etməkdə olan ölkələrdə statistika sahəsinə davam etməkdə olan yardımın ABŞ dolları ilə dəyəri barədə mənzərəni təmin etmək üçün PARİS21 tərəfində tərtib olunmuş və icra edilən “Statistika sahəsinə göstərilən dəstəyə dair Əməkdaşlıq Hesabatı”na (PRESS) əsaslanır.

3.2 Təsnifat sistemi Tətbiq edilmir.
3.3 Əhatə edilən sektor Statistika sahəsinə göstərilən beynəlxalq yardım və daxili resurslar. 
3.4 Statistik anlayışlar və təriflər

Göstəricinin məqsədi inkişaf etməkdə olan ölkələrdə statistika sahəsinə davam edən yardımın ABŞ dolları ilə dəyəri barədə qısa icmal təmin etməkdir.

 

3.5 Statistik vahid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
3.6 Statistik məcmu Tətbiq edilmir.
3.7 İstinad zonası Ölkə üzrə.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi ABŞ dolları
5 1 Hesabat dövrü Tətbiq edilmir.
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar

PARİS21 tərəfindən dərc edilmiş, Kreditor Hesabatlılığı Sisteminin (https://stats.oecd.org/Index.aspx?DataSetCode=CRS1) məlumatlarına və “PARİS21 PRESS” onlayn sorğusuna əsaslanan 2016-cı il üzrə “Statistika sahəsinə göstərilən dəstəyə dair Əməkdaşlıq Hesabatı” (PRESS) (www.paris21.org/press)

6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanılır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi   İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
10.3 Onlayn məlumat bazası Ready tables are available at this link: http://sdg.azstat.org/az/indicators/837/statistika-sahesinde-potensialin-guclendirilmesine-ayrilmis-butun-resurslarin--dollarla-deyeri
10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-17-19-01.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Energetika statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/ ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2 İstifadəçi məmnunluğu İstifadəçilər www.sdg.azstat.org rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır.
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası
Tətbiq edilmir.
13.3 Qeyri-seçmə xətası Tətbiq edilmir.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır. 
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildə mövcud və dinamika sıralarında fasilələr müşahidələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Dövlət büdcəsindən ayrılan xərclər
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Tətbiq edilmir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Tətbiq edilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar İlkin məlumatlar Dövlət Statistika Komitəsinin məlumatları əsasında toplanır.
18.2 Məlumatların toplanması dövriliyi  İllik
18.3 Məlumatların toplanması  Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh
Əlavə şərh yoxdur.