Göstəricinin adı:
Tam maliyyələşdirilən və həyata keçirilən milli statistika planının mövcudluğu, maliyyə mənbələri üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Qasım Əliyev
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
gasim.aliyev@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 539 81 04
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
14.02.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
14.02.2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
18.01.2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Dövlət Proqramının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətləri üzrə həyata keçirilən fəaliyyətlər daxildir.
|
3.2
|
Təsnifat sistemi
|
Tətbiq edilmir.
|
3.3
|
Əhatə edilən sektor
|
Tətbiq edilmir.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
“Tam maliyyələşdirilən və həyata keçirilən milli
statistika planının mövcudluğu” göstəricisi Statisikanın
inkişafına dair milli strategiyalar (SİMS) üzrə illik Vəziyyət Hesabatına əsaslanır.
Tərəfdaşlarla əməkdaşlıq edərək, PARİS 21 milli statisika planlarının tərtib
olunması və icra edilməsində ölkənin əldə etdiyi irəliləyiş barədə hesabat
verir.
|
3.5
|
Statistik vahid
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
3.6
|
Statistik məcmu
|
Tətbiq edilmir.
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə.
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
Tətbiq edilmir.
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanılır.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
“Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
Hazır cədvəllər bu linkdə mövcuddur: http://sdg.azstat.org/az/indicators/832/resmi-statistikanin-fundamental-prinsiplerine-uygun-milli-statistika-qanunvericiliyi-olan-olkelerin-
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-17-18-03.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Energetika statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/ ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.sdg.azstat.org rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Tətbiq edilmir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Tətbiq edilmir.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisə aparılmır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Tətbiq edilmir.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
Müqayisə aparılmır.
|
16
1
|
Xərc və yük
|
Tətbiq edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Tətbiq edilmir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Tətbiq edilmir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar Dövlət Statistika Komitəsinin məlumatları əsasında toplanır.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanır.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların ümumiləşdirilməsi aparılır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|