Göstəricinin adı:
Müntəzəm olaraq toplanılan və tələb olunan qaydada ləğv edilən bərk məişət tullantılarının şəhər tullantılarının ümumi kütləsində payı, şəhərlər üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Energetika və ətraf mühit statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Rəna Lazımova
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
rana.lazimova@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 63 03
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
8/30/2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
8/30/2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
3/16/2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Şəhər yerlərində yaranan bərk tullantıların ümumi kütləsində müntəzəm olaraq toplanan və lazımi qaydada kənarlaşdırılan bərk məişət tullantılarının xüsusi çəkisi Bu göstəricinin məqsədi şəhər yaranan bərk tullantıların ümumi kütləsində müntəzəm olaraq toplanan və lazımi qaydada kənarlaşdırılan bərk məişət tullantılarının xüsusi çəkisini müəyyən etməkdir.
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat, Tullantıların statistik təsnifatı, İnzibati-Ərazi Bölgüsü Təsnifatı
|
3.3
|
Əhatə edilən sektor
|
A; B; C;D;E;F;G;H;I;L;M;N;O;Q;S seksiyaları
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Bərk məişət tullantıları - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır.Bərk məişət tullantıları bərpa olunan və bərpa olunmayanlara ayrılır. Kommunal təsərrüfatın bərpa olunan bərk tullantıları - ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və tərkibində mikroorqanizmlər tərəfindən çürüdülən maddələr olan, xüsusi qurğularda yaradılan tullantılardır. Kommunal təsərrüfatının bərpa olunmayan bərk tullantıları isə ev təsərrüfatlarında, sənayedə, tibb müəssisələrində və xidmət sahəsində yaranan və mikroorqanizmlər tərəfindən çürüdülməyən maddələrdən ibarət olan, xüsusi qurğularda yaradılan tullantılar.
|
3.5
|
Statistik vahid
|
Hüquqi şəxslər
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə toplanılan bərk məişət tullantılarıdır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
|
3.7
|
İstinad zonası
|
Respublika, rayonlar, fəaliyyət növləri üzrə
|
3.8
|
Vaxt əhatəliyi
|
2000-ci ildən başlayaraq bütün illəri əhatə edir
|
3.9
|
Baza dövrü
|
İqtisadi inkişaf və struktur dəyişilklikləri nəzərə alınaraq baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2015-ci ildir.
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
BMT-nin Statistika Şöbəsinin, Avrostat və AƏMA-nin metodologiyalarından istifadə olunur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat press-reliz, təhlili məruzə, bülleten və məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
"Azərbaycanda ətraf mühit" adlı məcmuədə nəşr olunur.
|
10.3
|
Onlayn məlumat bazası
|
Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. İllik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır.
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
"Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi haqqında" 14–təkrar xammal (tullantılar) №-li rəsmi statistik hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007_.php)
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir.
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri, tələbələr, vətəndaşlar əsas istifadəçilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndirmə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
Bərk məişət tullantılarına dair göstəricilər illik hesabatda əks olunur.
|
16
1
|
Xərc və yük
|
14-təkrar xammal (tullantılar) №-li rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmasına imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş ‘Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti’ üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Bərk məişət tullantılarına dair məlumatlar 14-təkrar xammal (tullantılar) №-li rəsmi statistik hesabat forması vasitəsilə toplanır. Mənbə Bərk məişət tullantıları istehsal və istehlak edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Bərk məişət tullantılarına dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanaraq imputasiya aparılır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|