Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Göstərici 8.10.1 Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  8.10.1 Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru.suleymanov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (22-30)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 04/01/2021
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 04/01/2021
2.3 Metaməlumatların son yenilənməsi tarixi 14/02/2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı
Böyüklərin hər 100 000 nəfərinə düşən kommersiya banklarının filiallarınınn sayı ölkə üzrə kommersiya banklarının filiallarının sayının böyüklərin (15 yaş və yuxarı)  sayına nisbətinin 100 000-ə hasili kimi  hesablanır.
Böyüklərin hər 100 000 nəfərinə düşən bankomatların sayı ölkə üzrə bankomatların sayının böyüklərin (15 yaş və yuxarı)  sayına nisbətinin 100 000-ə hasili kimi  hesablanır.
3.2 Təsnifat sistemi İqtisadi fəaliyyət növləri təsnifatı (üçüncü versiya)
3.3 Əhatə edilən sektor MHS 2008 metodologiyasına əsasən Maliyyə sektorunun (S12) 64190 və 64920  fəaliyyət növləri üzrə
3.4 Statistik anlayışlar və təriflər Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. ATM və ya Bankomat- müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu Azərbaycan Respublikasının ərazisində fəaliyyət  göstərən kommersiya banklarının filialları və bankomatlardır.
3.7 İstinad zonası Ölkə üzrə
3.8 Vaxt əhatəliyi 2010-cu ildən bəri dinamikası aparılır.
3.9 Baza dövrü yoxdur
4 1 Ölçü vahidi yoxdur
5 1 Hesabat dövrü illik dövriliklə
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunu, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstərici ölkədə fəaliyyət kommersiya banklarının filiallarının təqdim etdikləri hesabat əsasında hesablanır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata  keçirilir və məlumatlar  Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
8.2 Yayım təqviminə giriş
Statistik məlumatla Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. 
Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)

8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət" adlı sənədə əsasən Dövlətstatkomun müvafiq sahədə fəaliyyətlərini müəyyən edən rəsmi statistik məlumatların yayılması üzrə siyasəti açıqlanır. https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi Rüblük
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə nəşr olunur
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində "Statistik nəşrlər" bölməsinin  "Bülletenlər və bukletlər" alt bölməsinin "Nəşrlərin e-versiyası" hissəsində  "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə nəşr olunur
10.3 Onlayn məlumat bazası Azərbaycan Respublikasının Dayanıqlı inkişaf məqsədləri üzrə Milli Məlumatlandırma Portalı http://sdg.azstat.org/az/statical-database
10.4 Mikroməlumatlara giriş
Mikroməlumatlara giriş qadağandır. Yalnız Komitənin 13 iyun 2011-ci il tarixində təsdiq etdiyi 
 “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na 
uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəçi  https://www.azstat.org/xidmetler/st_melumat/ linkindən də istifadə edə bilər.
10.6 Metodologiya üzrə sənədlər http://www.cbar.az/assets/3158/Pul_ve_maliyye_statistikasi_hesabatinin_tertibi_ve_teqdim_edilmesi_haqqinda_Telimat.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Böyüklərin hər 100 000 nəfərinə düşən  kommersiya banklarının filiallarının və  bankomatların sayı ilə bağlı məlumatlarla bütün istifadəçilər maraqlanır.
12.2 İstifadəçi məmnunluğu
İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq 
onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik 
məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda 
yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən aylıq hesabat təqdim olunur.
13.2 Seçmə xətası Mövcud deyildir.
13.3 Qeyri-seçmə xətası Mövcud deyildir.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Böyüklərin hər 100 000 nəfərinə düşən  kommersiya banklarının filiallarının və  bankomatların sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir 
14.2 Tam vaxtında yerinə yetirmə Böyüklərin hər 100 000 nəfərinə düşən  kommersiya banklarının filiallarının və  bankomatların sayı ilə bağlı məlumatlar vaxtlı-vaxtlında hazırlanır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Aylıq və rüblük məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
15.4 Daxili uyğunluq Uyğunluq aparılır.
16 1 Xərc və yük  Mövcud deyildir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Beynəxalq təşkilatların tövsiyyələri əsasında
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar 4-əmək nömrəli rəsmi statistika hesabatı formasına əsasən 
18.2 Məlumatların toplanması dövriliyi rüblük və illik dövriliklə
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət  Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır.
18.5 Məlumatların ümumiləşdirilməsi  Online rejimində məlumatlar toplanır.
18.6 Düzəlişlər  Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır
19 1 Şərh  Əlavə şərh yoxdur