Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Göstərici 8.1.1 Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   8.1.1 Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru.suleymanov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 3771070 (2215)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 24/07/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 24/07/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 08/02/2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Əhalinin hər nəfərinə düşən real Ümumi Daxili Məhsulun (ÜDM) illik artım tempi iki ardıcıl il üzrə adambaşına düşən real ÜDM-in faiz göstəricisindəki dəyişikliklə ifadə olunur. əhalinin hər nəfərinə düşən real ÜDM sabit qiymətlərlə hesablanmış ÜDM-i ölkə yaxud region üzrə əhalinin sayına bölməklə hesablanır. Real ÜDM ilə bağlı məlumatlar ölkə üzrə artım templərinin hesablanması və bu məlumatların aqqreqatlaşdırılmasına köməklik göstərmək məqsədilə sabit AZN manatı ilə ölçülür.
3.2 Təsnifat sistemi İFNT (NACE) Rev.2 üçüncü versiya
3.3 Əhatə edilən sektor ÜDM qeyri-maliyyə korporasiyaları, maliyyə korporasiyası, dövlət idarəetmə, ev təsərrüfatları və ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları sektorunu əhatə edir.
3.4 Statistik anlayışlar və təriflər Əhalinin hər nəfərinə düşən real Ümumi Daxili Məhsul (ÜDM) ölkə, yaxud region üzrə rezidentlərin orta yaşayış səviyyəsinin əvəzləyici göstəricisidir. Adambaşına düşən illik real ÜDM-dəki müsbət faiz dəyişikliyi ölkə yaxud region üzrə rezidentlərin orta yaşayış səviyyəsində artım kimi başa düşülə bilər.
3.5 Statistik vahid Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorları ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricisidir.
3.6 Statistik məcmu ÜDM göstəricisinin hesablanması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil.
3.7 İstinad zonası Ümumi daxili məhsul-iqtisadi vahidlərin -rezidentlərin ölkə ərazisində son istehlak üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdıqları əlavə dəyərin həcmidir.
3.8 Vaxt əhatəliyi Ümimi daxili məhsul 1990-1991-ci illəri əhatə etməklə rəsmi olaraq 1992-ci ildən hesablanır.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü Hesabat dövrü rəsmi tərtib olunmuş təqvim çərçivəsində (aylıq, rüblük, illik) təqdim edilir.
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Ümumi daxili məhsul beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır. 
6.2 Məlumatların təşkilatlararası bölgüsü Bütün beynəlxalq təşkilatlara və yerli istifadəçilərə.  Məşğul əhalinin sayının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi Bütün beynəlxalq təşkilatlara və yerli istifadəçilərə
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Əhalinin hər nəfərə  düşən real Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempinin aylıq göstəricisi hesabat dövründən sonrakı ayın10-cu günü, rüblük-hesabat dövründən sonra 45-ci gün və illik növbəti ilin 15 yanvar tarixində şöbə tərəfindən təhvil verilir və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilir.
8.2 Yayım təqviminə giriş https://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Bu göstərici haqqında mətbuata məlumat təqdim edilmir.
10.2 Nəşrlər Əhalinin hər nəfərə  düşən real Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempi haqqında məlumat aylıq bülleten "Sosial-iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" və "Azərbaycanın Statistik Göstəriciləri" məcmuələrində dərc olunur.
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
10.5 Digər Əhalinin hər nəfərə  düşən real Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempinin hesablanmasına dair MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.
10.6 Metodologiya üzrə sənədlər Əhalinin hər nəfərə düşən real artım tempi haqqında metodoloji materialı "Statistika üzrə əsas göstəricilər", Azərbaycanın Milli Hesabları" adlı nəşrlərdə və ya bu linkdə tapmaq olar http://www/stat.gov.az/menu/7/other_metadata/.
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi tərəfindən həyata keçirilir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Əsas istifadəçilər: •  İqtisadiyyat Nazirliyi (İN),  Mərkəzi Bank• digər dövlət orqanları beynəlxalq təşkilatlar:  • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və digər dövlət orqanları və beynəlxalq təşkilatlar.
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorgu yerləşdirilib
12.3 Dolğunluq MHS-1993 və MHS-2008 çərçivəsində ÜDM və əhalinin hər nəfərə düşən ÜDM-ə aid olan bütün komponentlər
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən və digər inzibati mənbələrdən toplanır və işlənir.
13.2 Seçmə xətası Mövcud deyildir.
13.3 Qeyri-seçmə xətası Mövcud deyildir.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma İllik əhalinin  hər nəfərə düşən gəlirləri haqqında məlumatların birinci dəqiqləşdirmə 15 oktyabr tarixi; rüblük məlumatların birinci dəqiqləşdirmə vaxtı (I rüb) cari ilin sentyabr ayının 30-dək, son dəqiqləşdirmə tarixi-növbəti ilin sentyabr ayının 30-dək; (II rüb)-cari il dekabr ayının 30-dək, növbəti il sentyabrın 30-dək; (III rüb) növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə vaxtı -növbəti il sentyabr ayının 30-dək; (IV rüb) - növbəti il iyun ayının 30-dək , son dəqiqləşdirmə - növbəti il sentyabr ayının 30-dək; illik -növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə tarixi-növbəti il sentyabr ayının 30-dək.
14.2 Tam vaxtında yerinə yetirmə Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Mövcud deyildir.   
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır. 
15.3 Sahələrarası uyğunluq Mövcud deyil
15.4 Daxili uyğunluq İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
16 1 Xərc və yük Respodentlərə ödəniş edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Əhalinin hər nəfərə düşən ÜDM-in real artım tempi göstəricisi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əsas statistik göstəricilər üzrə məlumatlara dair müəyyən edilmiş reqlamentə əsasən yenidən baxılır.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Müəssisə və təşkilatlardan daxil olan daxil olan məlumatlar, ev təsərrüfatlarının ailə büdcələrinin müayinələri, inzibati məlumat mənbələri və seçmə müayinələr
18.2 Məlumatların toplanması dövriliyi  Aylıq, rüblük, illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən və digər inzibati mənbələrdən toplanır və işlənir.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yeniden baxılması reqlamentinə əsasən metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19 1 Şərh Əlavə şərh yoxdur