Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
Göstərici 3.a.1 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadənin yayılma səviyyəsi, yaş qrupları üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  3.a.1 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadənin yayılma səviyyəsi, yaş qrupları üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadənin yayılma səviyyəsi, yaş qrupları üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Həyat keyfiyyətinin statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Yaşar Paşa
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu yashar.pasha@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 77 29
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 30.07.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 19.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 19.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadə ev təssərrüfatları tədqiqatının yekun məlumatları əsasında ildə bir dəfə hesablanır. 
3.2 Təsnifat sistemi • Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı COICOP. http://www.azstat.org/tesnifat/:  Təsnifatdan istifadə edilməmişdir
3.3 Əhatə edilən sektor Ölkə miqyasında fərdi ev təsərüfatları
3.4 Statistik anlayışlar və təriflər Ölkə üzrə 15 və yuxarı yaşda olan şəxslər arasında tütündən istifadə səviyyəsinin öyrənilməsi
3.5 Statistik vahid Sorğuya düşən ev təsərrüfatları
3.6 Statistik məcmu Rübdə bir dəfə seçməyə düşən 10200 ev təsərrüfatlarının təmsilçiliyi əsasında Avrostatın tövsiyə və metodologiyasına uyğun əmsallarla ölkəyə şamil edilməklə məcmu göstəricilər əldə edilir.
3.7 İstinad zonası Ölkə üzrə sorğuya düşən bütün ev təsərrüfatları
3.8 Vaxt əhatəliyi İlin bütün rüblərini əhatə edir və dinamika sıraları mövcuddur.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Avrostat, BMT və Dünya Bankının tövsiyələri əsasında
6.2 Məlumatların təşkilatlararası bölgüsü Hesablamalarda yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır (“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilməsi isə “Məxfi məlumatların işlənməsinə dair normativ sənəd Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s saylı sərəncamı ilə təsdiq edilmiş "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" adlı təlimata uyğun işlənilir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Təsdiq olunmuş iş planina uyğun olaraq həyata keçirilir.
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur https://www.stat.gov.az/source/budget_households/
8.3 İstifadəçi girişi  Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s saylı sərancamı ilə təsdiq edilmiş “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” adlı sənəddə daha ətraflı məlumat verilmişdir  https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
10.3 Onlayn məlumat bazası Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. 
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər  Bütün məlumatlar istifadəçilər üçün ödənişsizdir.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/ 
10.7 Keyfiyyət üzrə sənədlər Nəşr olunmuş və yayılmış rəsmi statistika məlumatlarında yol verilmiş səhvlərin düzəldilməsi qaydaları Statistik biznes-prosesin ümumi modeli (Azərbaycan versiyası, üçüncü redaksiya) Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təşkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası üzrə statistik proseslərin idarə olunmasında SBPÜM –in (GSBPM) tətbiqinə dair statistika proseslərinin təsviri hazırlanmışdır http://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/hs01_sb.pdf İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Hər il təsdiq edilən «Audit proqramı» əsasında şöbədə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İldə bir dəfə Ev təsərrüfatları tədqiqatı ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələb və təklifləri qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorğu yerləşdirilib. http://www.stat.gov.az/?mode=desktop
12.3 Dolğunluq Tədqiqat beynəlxalq təcrübə mənimsənilməklə həyata keçirilir, dolğundur və işlə bağlı sual qarşıya çıxmamışdır. Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 0.5 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Şöbə tərəfindən ilk növbədə yerli statiska orqanlarından qəbul edilən ilkin məlumatların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində metodoloji işləri davam etdirir. Məsləhətçilər ilə mütəmadi seminarlar təşkil edilir, yerlərdə nəzarət sorğuları həyata keçirilir və hər hansı metodoloji yeniliklər baş verərsə məsləhətçilər operativ olaraq məlumatlandırılırlar
13.2 Seçmə xətası Seçmə müşahidə həyata keçirilən zaman maksimum xəta normasından (3,5 faiz bəndi) daha aşağı xətaya yol verilir.
13.3 Qeyri-seçmə xətası Bütün respondentlər cavablandırıldığına görə qeyri-seçmə xətası aparılmır. Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparıla bilər. Xətaların müxtəlif növlərini azaltmaq üçün müvafiq olaraq seminar-müşavirələr və əməli köməkliklər göstərilir.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma İllik yekun məlumatlar əsasında ildə bir dəfə hesablanır
14.2 Tam vaxtında yerinə yetirmə Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Göstəricilər ölkə üzrə hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə fərdi ev təsərrüfatlarıdır. İlkin məlumatlar aşağıdakı tədqiqat formalarının tətbiqi ilə həyata keçirilir: 1 büdcə – Əsas sorğu anketi, 2 büdcə – Gündəlik xərclərin uçotu, 3 büdcə – Rüblük gəlir və xərclərin uçotu, 4 büdcə – Rüblük gəlir və xərclərin qeyd olunması üçün yaddaş kitabçası
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatlar real vaxt rejimində məlumat bazasına daxil edildikdən sonra emal prosesi həyata keçirilir. Məlumatların yoxlanması üçün SPSS proqram paketindən istifadə edilir və aşkar olunmuş uyğunsuzluqlar barədə ev təsərrüfatının tədqiqatını aparan məsləhətçilərə məlumat verilir, uyğunsuzluqlar barədə dəqiqləşmələr aparılır.
18.5 Məlumatların ümumiləşdirilməsi  Məlumatların kompiliyasiyası yoxdur.
18.6 Düzəlişlər Lazım gəldikdə mövsümi düzəlişlər aparılır və bu Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh Əlavə şərh yoxdur.