Göstəricinin adı:
Vərəmə yoluxma halları, əhalinin hər 100 000 nəfərinə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 90 12
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
31.08.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
19.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
19.01.2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Sağlam əhalinin hər 100 000 nəfərinə düşən vərəmə yeni yoluxanların sayı hesablanır.
|
3.2
|
Təsnifat sistemi
|
Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı
|
3.3
|
Əhatə edilən sektor
|
Sosial müdafiə və Səhiyyə statistikası sektoru
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Vərəm yoluxucu xəstəliklər sinifinə daxildir. İlk dəfə vərəmə yoluxanların sayı nəzərdə tutulur.
|
3.5
|
Statistik vahid
|
Vərəmə yeni yoluxan xəstələr
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlanır . Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
|
3.7
|
İstinad zonası
|
Respublikanın tibb müəssisələri üzrə.
|
3.8
|
Vaxt əhatəliyi
|
2000-ci ildən etibarən
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
hər 100 000 nəfər
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Hesabatda olan göstəricilər səhiyyə sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Xəstəliklərin Beynəlxalq Təsnifatı 10 Baxış,BMT-nin Uşaq Fondu,Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF-ÜST-Dünya Bankı , İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumat Səhiyyə nazirliyi tərəfindən təqdim olunur. Məlumatın alınmasını və təhlil edilməsinı Dövlət Statistika Komitəsi təşkil edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Səhiyyə göstəricilərinin yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və giriş bütün istifadəçilər üçün açıqdır.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir (http://www.stat.gov.az/menu/4/publications/) və istifadəçilər üçün heç bir məhdudiyyət qoyulmur.
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Kağız vasitəsilə sorğular cavablandırılır.
|
10.2
|
Nəşrlər
|
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda gənclər, Azərbaycanda uşaqlar, Azərbaycanda səhiyyə.
|
10.3
|
Onlayn məlumat bazası
|
İllik məcmuələr
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş "Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun,ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
İstifadəcilərin sorğularının cavablandırılması, elektron sorğular daxil edilməklə www.azstat.org/xidmətlər/st_məlumat "Statistik məlumatların (göstəricilərin) verilməsi" bölməsi.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Vərəm haqqında 8 №li (illik) forma
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətin idarə edilməsi sistemi sənəd toplusu (III nəşr). Statistik biznes –prosesin ümumi modeli. Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təlkiı edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Səhiyyəyə dair göstəricilər həm beynəxalq təşkilatların, həm də rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, elmi mütəxəssislərin, geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 01.11.2015-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/Sorgu_2013.pdf)
|
12.3
|
Dolğunluq
|
Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Hesabat məlumatlarının dəqiqliyini və düzgün doldurulmasını təmin etmək məqsədilə Sosial statistika şöbəsinin Sosial müdafiə və səhiyyə statistikası sektoru hər zaman məlumatların nəticələrini diqqətlə nəzərdən keçirir, hesabat məlumatlarının düzgünlüyünə vaxtında nəzarət üçün yerli statistika orqanlarına qarşıya çıxa biləcək səhvlərin vaxtında və yerində aradan qaldırılmasının metodologiyaya uyğun həyata keçirilməsinin vacibliyini nəzərlərinə çatdırır. Hesabat formalarında və metodoloji tövsiyələrdə tələbata uyğun olaraq təkmilləşdirmələr aparılır.
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparılır.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 120 təqvim, 82 iş günü mövcuddur.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə bilinmir . Yalnız ölkə, Bakı və Naxçıvan ürzə göstərici hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında fərq yoxdur.
|
16
1
|
Xərc və yük
|
Tətbiq edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
8 №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qəbulu vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumat üçün mənbə səhiyyə fəaliyyəti ilə məşğul olan müəssisələr.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Səhiyyəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|