2.a.1 Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə indeksi
Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə indeksi 2010-2021-ci illər ərzində 1-dən kiçik olmaqla 0,61 və 0,46 arasında müxtəlif qiymətlər almışdır ki, bu da sektorun iqtisadiyyata verdiyi töhfə baxımından kənd təsərrüfatında yönəldilmiş dövlət xərclərinin payının nisbətən aşağı olduğunu bildirir.
Kənd təsərrüfatı, meşə t əsərrüfatı, balıqçılıq və ovçuluq sahəsində yaradılmış əlavə dəyərin həcmi 2010-cu ildəki 2344,6 milyon manatdan 2,3 dəfə artaraq (real ifadədə 50,2 faiz) artaraq 2021-ci ildə 5456,8 milyon manata [1] yüksəlmişdir. Ötən il kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq üzrə yaradılmış əlavə dəyər əvvəlki ilə nisbətən 3,3 faiz artmışdır