14.4.1 Bioloji dayanıqlı həddə olan balıq ehtiyatlarının xüsusi çəkisi, faizlə
Bioloji dayanıqlı həddə olan balıq ehtiyatlarının xüsusi çəkisi 2015-ci ildə 34,1 faiz olmuş, sonrakı illərdə artaraq 2018-ci və 2019-cu illərdə ən yüksək qiymətini almışdır (39,6 faiz), 2021-ci ildə isə əvvəlki illə müqayisədə 2,9 faiz bəndi azalaraq 31,5 faiz təşkil etmişdir. Bu dövrdə bioloji dayanıqlı həddə olan vətəgə əhəmiyyətli balıq ehtiyatlarında kilkələrin, siyənəklərin, kütümün, şərq çapağının, Kür (Azərbaycan) külməsinin, çay sifinin, dabanbalığının payı artmış, kefalın, çəkinin, şəmayının, həşəmin, xəzər qarasolunun, adi naxa və adi durnabalığının payı isə azalmışdır.