13.1.1 Fəlakətlər nəticəsində həlak olmuş, xəsarət almış, xilas və təxliyə olunmuş şəxslərin sayı, əhalinin hər 100000 nəfərinə(1)
2010-2021-ci illər ərzində əhalinin hər 100000 nəfərinə düşən fəlakətlər nəticəsində həlak olmuş, xəsarət almış, xilas və t əxliyə olunmuş şəxslərin sayı əhəmiyyətli dərəcədə azalaraq 280,6-dan 11,3-dək enmişdir. 2021-ci ildə fəlakətlər nəticəsində 55 nəfər həlak olmuş, 206 nəfər xəsarət almış, 821 nəfər təxliyə olunmuş, 51 nəfər isə xilas olunmuşdur.
.PNG)
(1) Göstərici BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində “13.1.1 Fəlakətlər nəticəsində həlak olmuş, itkin düşmüş və birbaşa zərər çəkmiş şəxslərin əhalinin hər 100000 nəfərinə düşən sayı” kimi müəyyən edilmişdir. Nəşrdə inzibati məlumatlardan istifadə edilərək göstərici milli kontekstdə verilmişdir.