12.4.2 Əhalinin hər nəfərinə düşən yaranan təhlükəli tullantılar, kiloqramla[1]
2010-cu illə müqayisədə 2021-ci ildə əhalinin hər nəfərinə düşən yaranan təhlükəli tullantıların həcmi 1,6 dəfə artaraq 15,5 kq-dan 24,2 kq-dək yüksəlmişdir. Baxılan dövr ərzində ölkə üzrə yaranmış təhlükəli tullantıların ümumi həcmi 1,8 dəfə artaraq 140,0 min tondan 245,2 min tona çatmışdır.
2010-cu illə müqayisədə 2021-ci ildə emal edilən təhlükəli tullantıların xüsusi çəkisi 6,1 faiz bəndi artaraq 41,2 faizdən 47,3 faizə qalxmışdır.