Statistics
Visual description
Reporting status of the indicators
Priority status of targets
AZ
EN
Toggle navigation
About
International challenges
National implementation mechanism
National legal basis
Extracts from the Constitution
Main legislation
Decrees and Orders
Ətraflı axtar
Home
/
Videos
/ Azerbaijan joined the United Nations Sustainable Development Goals and undertook commitments to implement this project.
Azerbaijan joined the United Nations Sustainable Development Goals and undertook commitments to implement this project.
27.12.2017
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır. Bu barədə Milli Məclisdə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda məlumat verildi. Layihə məqsədlərinin reallaşdırılması üçün Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da yaradılıb. Şuraya kifayət qədər yüksək statuslu dövlət rəsmisi cəlb edilib. Öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, 2030-cu ilədək qlobal layihənin ayrı-ayrı hədəflər və məqsədlər yönündə milli dövlətlər öz üzərində götürdüyü öhdəliklər üzrə addımlarını müəyyənləşdirirlər. Üç əsas sahə üzrə 17 məqsəd müəyyənləşib. Bu məqsədlərə nail olmaq üçün 169 hədəf müəyyənləşib. Milli Məclis də Dayanıqlı İnkişaf Məqsədlərinin icra olunması işinə öz töhfəsini verir. Ölkədə işsizlik səviyyəsinin azaldılması, layiqli əmək şəraitinin yaradılması, işsizlikdən sığortalanma, inklüziv təhsilin daha əlçatan olması istiqamətində son dövrdə ciddi sənədlər qəbul olunub. BMT həm Dayanıqlı inkişaf məqsədləri layihəsi, həm də digər sahələrdə Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. Azərbaycan Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparır. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi ilə bağlı könüllü milli hesabatı bu ilin iyulunda BMT-yə təqdim edilib. BMT ilə əməkdaşlıq müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası əlaqələri əhatə edir. Azərbaycan dayanıqlı inkişafla bağlı xeyli işlər görüb. Prezidentin dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir. Bununla bağlı əməli işlər görülüb. BMT-nin müəyyən etdiyi qlobal 17 məqsəd arasında dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq; aclığa son qoymaq, sağlam həyat tərzini təmin etmək; gender bərabərliyinə nail olmaq; hər kəsi içməli su, sanitariya xidmətləri ilə təmn etmək, əlverişli, etibarlı, dayanıqlı enerjiyə çıxışı təmin etmək, iqlim dəyişikliyi və digər məsələlər var.
Other Videos
A conference on "Social Protection and Sustainable Development" was held in Baku
A conference on "Sustainable Development Goals: Women and Development" was held
The National Information Portal on Sustainable Development has been presented ...
A conference on "Sustainable Youth Development Goals" was held in Ganja
A conference titled "Sustainable Development Goals for the Youth" was held
Public-Private Dialogue on Sustainable Development Goals has been launched
What is sustainable development?
The second World Data Forum organized by the United Nations Statistical Commission was held in the United Arab Emirates, Dubai, 22-24 October, 2018.
Baku hosts international event on Sustainable Development Goals.
The First Azerbaijan Conference on Sustainable Development and Corporate Social Responsibility started its work.
A conference on Sustainable Development Goals will be held in Baku in September.
Sustainable Development Goals
An international forum on "Energy for Sustainable Development" was held.
A conference on "Sustainable Development Goals: Women and Development" was held.
Option - Importance of the National Coordination Council on Sustainable Development