Bu portal geniş kütlə üçün DİM üzrə məlumatlara əlyetrəliliyin təmin edilməsi məqsədi ilə yaradılmışdır. Hər hansı tədqiqat və nəşrləri paylaşmaq arzusunda olsanız zəhmət olmasa sc@azstat.org e-poçtuna göndərin.

Nəşrlər

Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal

14.02.2020

Nəşrdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır, son doqquz ildə (2010-2018) milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiyalar statistik göstəricilərlə təhlil edilərək, müxtəlif qrafik və cədvəllərlə təsvir edilir.
Bu nəşrin hazırlanmasında Birləşmiş Millətlər Təşkilatının  Statistika Komissiyası tərəfindən müəyyən edilən və Baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilən qlobal göstəricilər sistemində əks olunmuş 84 Dayanıqlı İnkişaf Məqsədi göstəricisi üzrə mövcud statistik məlumatlar təqdim olunmuşdur.


Materialı yüklə