Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 9 . Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
  • 9.1.Hamı üçün əlçatan və bərabər çıxış imkanına diqqət yetirməklə, iqtisadi inkişafa və insan rifahına dəstək göstərmək məqsədilə, keyfiyyətli, etibarlı, dayanıqlı və möhkəm infrastrukturu, o cümlədən regional və transsərhəd infrastrukturu inkişaf etdirmək.
  • 9.2.İnklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və 2030-cu ilədək, milli şəraitlərə uyğun olaraq məşğulluqda və ümumi daxili məhsulda sənayenin payını xeyli yüksəltmək.
  • 9.3. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə kiçik ölçülü sənaye və digər müəssisələrin maliyyə xidmətlərinə, o cümlədən əlçatan şəkildə kreditlərə çıxış imkanını artırmaq və onların dəyər şəbəkələrinə və bazarlara inteqrasiyası
  • 9.5.Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatları genişləndirmək, sənaye sektorlarında texniki imkanları artırmaq, o cümlədən, 2030-cu ilədək, innovasiyaların həvəsləndirilməsi və hər 1 milyon insana nisbətdə tədqiqat və inkişafla məşğul olanların sayının və dövlət və özəl tədqiqat və inkişaf məsrəflərinin əhəmiyyətli şəkildə artırılması.
  • 9.b. Digər vasitələrlə yanaşı sənayedə şaxələndirmə və mallara əlavə dəyər vermək üçün əlverişli siyasət mühitini təmin etməklə, inkişaf etməkdə olan ölkələrin daxilində texnologiyaların inkişafına, tədqiqatlara və innovasiyalara dəstək göstərmək.
  • 9.c.2020-ci ilədək ən zəif inkişaf etmiş ölkələrdə informasiya və kommunikasiya texnologiyalarının əldə edilməsi imkanların əhəmiyyətli dərəcədə genişləndirilməsi, habelə İnternetə ümumi və hamı üçün əlçatan çıxış imkanlarını təmin etmək.