Statistik məlumatlar
Vizual təsvir
Göstəricilər üzrə hesabatlılıq
Hədəflərin prioritetlik vəziyyəti
AZ
EN
Toggle navigation
Haqqında
Beynəlxalq çağırışlar
Milli icra mexanizmi
Milli hüquqi çərçivə
Konstitusiyadan çıxarışlar
Əsas qanunvericilik
Fərman və Sərəncamlar
Ətraflı axtar
Ana səhifə
/ Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 8 . Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Prioritet hədəflər
Göstəricilər
8.1.Adambaşına düşən iqtisadi artımı milli şəraitə uyğun müsbət meylləri saxlamaq
8.2. Şaxələndirmə, texnologiyanın yenilənməsi və innovasiyalar vasitəsilə, o cümlədən yüksək dəyər əlavə olunan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə iqtisadi məhsuldarlığın daha yüksək səviyyələrə qalxmasına nail olmaq.
8.3.İstehsal fəaliyyətinə, layiqli əmək imkanlarının yaradılmasına, sahibkarlığa, yaradıcılığa və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətləri təşviq etmək və başqa vasitələrlə yanaşı maliyyə xidmətlərinə çıxış imkanı yaratmaqla mikro, kiçik və orta ölçülü müəssisələrin formalaşdırılmasını və artımını həvəsləndirmək.
8.4. 2030-cu ilədək, qlobal olaraq istehlakda və istehsalda resurslardan səmərəli istifadəni tədricən artırmaq və inkişaf etmiş ölkələr öndə getməklə, dayanıqlı istehlak və istehsal üzrə 10-lik proqramlar çərçivəsinə uyğun olaraq, iqtisadi artımla ətraf mühitin korlanması arasında əlaqəni zəiflətməyə cəhd etmək.
8.5.2030-cu ilədək, bütün qadınlar və kişilər üçün, o cümlədən gənclər və əlilliyi olan insanlar üçün tam və məhsuldar məşğulluğa və eyni dəyərdə olan işə görə bərabər ödənişə nail olmaq.
8.7.Məcburi əməyi aradan qaldırmaq, müasir dövrdə köləliyə və insan alverinə son qoymaq və ən pis formalarda uşaq əməyinin qadağan olunmasına və aradan qaldırılmasına zəmanət vermək üçün təxirəsalınmaz və effektiv tədbirlər görmək və 2025-ci ilədək, bütün formalarda uşaq əməyinə son qoymaq.
8.8.Bütün fəhlələr, o cümlədən miqrant fəhlələr, xüsusən də qadın miqrantlar və riskli şəraitlərdə işləyənlər üçün əmək hüquqlarını qorumaq və etibarlı və təhlükəsiz iş mühitlərini təşviq etmək.
8.10.Hamı üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını həvəsləndirmək və genişləndirmək üçün daxili maliyyə institutlarının potensialını gücləndirmək.
8.1.1.Əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
8.2.1.Məşğul əhalinin hər nəfərinə düşən real ÜDM-in illik artım sürəti
8.3.1.Qeyri-formal məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi, sahələr və cins üzrə bölgüdə
8.4.2.Daxili resurs sərfiyyatı, hər nəfərə düşən daxili resurs sərfiyyatı və ÜDM vahidinə düşən daxili resurs sərfiyyatı
8.5.1.İşçilərin orta saathesabı əməkhaqqı, cins, yaş, peşə növü və əlillik əlaməti üzrə bölgüdə
8.5.2.İşsizlik səviyyəsi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
8.7.1.Uşaq əməyinə cəlb olunmuş 5-17 yaşda olan uşaqların xüsusi çəkisi və sayı, cins və yaş üzrə bölgüdə
8.8.1.Hər 100 000 işləyənə düşən istehsalatda həlak olma və xəsarət alma halları, cins və miqrasiya statusu üzrə bölgüdə
8.10.1.Böyüklərin hər 100 000 nəfərinə düşən a) kommersiya banklarının filiallarının və b) bankomatların sayı
8.10.2.Bankda və ya digər maliyyə təşkilatlarında hesabı olan və ya mobil maliyyə xidmətlərindən istifadə edən böyüklərin (15 və yuxarı yaşda olan) xüsusi çəkisi
Bu məlumatı çap et və ya paylaş!
Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək
Dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək
Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.
Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər