Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 6 . Hamı üçün su ehtiyatlarının və sanitariyanın mövcudluğunu və onlardan səmərəli istifadə edilməsini təmin etmək
  • 6.1.2030-cu ilədək, hamı üçün təhlükəsiz və əlçatan olmaqla hər yerdə və bərabər şəkildə içməli suya çıxış imkanına nail olmaq.
  • 6.3.2030-cu ilədək, çirklənməni azaltmaqla, tullantıların yığılıb qalması hallarını aradan qaldırmaqla və zərərli kimyəvi maddələrin və materialların buraxılmasını minimuma endirməklə, təmizlənməmiş çirkab suların nisbətini yarıya qədər azaltmaqla və qlobal səviyyədə təkrar emalı və təhlükəsiz təkrar istifadəni əhəmiyyətli dərəcədə artırmaqla suyun keyfiyyətini yaxşılaşdırmaq.
  • 6.4.2030-cu ilədək, bütün sahələrdə sudan səmərəli istifadəni əhəmiyyətli dərəcədə artırmaq və su çatışmazlığı məsələsini həll etmə və su çatışmazlığından əziyyət çəkən insanların sayını əhəmiyyətli şəkildə azaltma üçün dayanıqlı istifadəni və təmiz su təchizatını təmin etmək.
  • 6.5.2030-cu ilədək, zərurət yarandıqda transsərhəd əməkdaşlıq vasitəsilə bütün səviyyələrdə vahid su resursları idarəçiliyini tətbiq etmək.
  • 6.a.2030-cu ilədək, su və sanitar şəraitlə bağlı tədbirlərdə və proqramlarda, o cümlədən suyun yığılması, duzdan təmizləmə, sudan səmərəli istifadə, çirkab suların təmizlənməsi, təkrar emal və təkrar istifadə texnologiyaları ilə bağlı beynəlxalq əməkdaşlığı genişləndirmək və inkişaf etməkdə olan ölkələrdə potensialın inkişaf etdirilməsinə dəstək göstərmək.
  • 6.b. Su və sanitar xidmətlərin idarə olunmasında yerli icmaların iştirakına dəstək göstərmək və bu iştirakı gücləndirmək.