Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 5 . Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
  • 5.1. Hər yerdə bütün qadın və qızlara qarşı bütün formalarda ayrı-seçkiliyə son qoymaq.
  • 5.2.Dövlət və özəl sahələrdə bütün qadın və qızlara qarşı bütün formalarda zorakılığın, o cümlədən insan alveri və cinsi və digər növlərdə istismarın aradan qaldırılması.
  • 5.3.Uşaq, erkən və məcburi nigah və qadınların cinsi zəmində alçaldılması kimi bütün zərərli halları aradan qaldırmaq.
  • 5.4. İctimai xidmətlər göstərməklə, infrastruktur və sosial müdafiə siyasətləri və milli səviyyədə zərurət olduqda evdə və ailədə ümumi öhdəlikləri təşviq etməklə, ödənişsiz qayğı və işi nəzərə almaq və dəyərləndirmək.
  • 5.5. Siyasi, iqtisadi və ictimai həyatda qərar qəbul etmənin bütün səviyyələrində qadınların tam və effektiv iştirakını və rəhbərlik üçün bərabər imkanları təmin etmək.
  • 5.6. Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı və Pekin Fəaliyyət Platforması və digər nəzarət konfranslarının yekun sənədlərinə uyğun olaraq razılaşdırıldığı kimi, hamı üçün cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanını və reproduktiv hüquqları təmin etmək.
  • 5.a.Milli qanunlara uyğun olaraq, qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarının, habelə torpaq və digər əmlak formaları üzərində sahiblik və nəzarət, maliyyə xidmətləri, miras və təbii resurslara çıxış imkanın verilməsi üçün islahatlar aparmaq.
  • 5.b.Qadınların səlahiyyətlərinin genişləndirilməsini təşviq etmək üçün imkanlar yaradan texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək.
  • 5.c.Gender bərabərliyinin təşviq olunması və bütün səviyyələrdə bütün qadınların və qızların səlahiyyətlərinin genişləndirilməsi üzrə güclü siyasətlər və qanunvericilik qəbul etmək və onları gücləndirmək.