Statistik məlumatlar
Vizual təsvir
Göstəricilər üzrə hesabatlılıq
Hədəflərin prioritetlik vəziyyəti
AZ
EN
Toggle navigation
Haqqında
Beynəlxalq çağırışlar
Milli icra mexanizmi
Milli hüquqi çərçivə
Konstitusiyadan çıxarışlar
Əsas qanunvericilik
Fərman və Sərəncamlar
Ətraflı axtar
Ana səhifə
/ Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 4 . Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Prioritet hədəflər
Göstəricilər
4.1. 2030-cu ilədək, bütün qızların və oğlanların, uyğun və effektiv təlim nəticələrinə aparmaqla, azad, bərabər və keyfiyyətli ibtidai və orta təhsili bitirmələrini təmin etmək.
4.2..2030-cu ilədək, bütün qızların və oğlanların, ibtidai təhsilə hazır olmaq üçün, keyfiyyətli erkən uşaq inkişafı, qayğı və məktəbəqədərki təhsilə çıxış imkanına malik olmalarını təmin etmək.
4.3..2030-cu ilədək, bütün qadınlar və kişilər üçün əlçatan və keyfiyyətli texniki, peşə və ali təhsilə, o cümlədən universitet təhsilinə bərabər çıxış imkanını təmin etmək.
4.4.2030-cu ilədək, məşğulluq, layiqli iş imkanları və sahibkarlıq fəaliyyəti üçün uyğun vərdişlərə, o cümlədən texniki və peşə vərdişlərinə malik olan gənclərin və yaşlıların sayını əhəmiyyətli dərəcədə artırmaq.
4.5.2030-cu ilədək, təhsildə gender zəminində bərabərsizlikləri aradan qaldırmaq və zəif təbəqələr, o cümlədən əlil insanlar, yerli xalqlar və aztəminatlı uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanını təmin etmək
4.6.2030-cu ilədək, bütün gənclərin və yaşlıların böyük bir hissəsinin, həm kişilərin, həm də qadınların savad almasını və riyazi biliklərə yiyələnməsini təmin etmək.
4.7.2030-cu ilədək, bütün təhsil alanların, başqa vasitələrlə yanaşı, dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi, sülh mədəniyyətinin və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı və mədəni müxtəlifliyin dəyərləndirilməsi və mədəniyyətin dayanıqlı inkişafa köməyi üzrə təhsil vasitəsilə, dayanıqlı inkişafı təşviq etmək üçün tələb olunan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək.
4.a. Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşılan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələri qurmaq və onları yeniləmək.
4.c.2030-cu ilədək, başqa vasitələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə müəllimlərin təlimi üzrə beynəlxalq əməkdaşlıq vasitəsilə səriştəli müəllimlərlə təchizetməni əhəmiyyətli dərəcədə artırmaq.
4.1.1.a) 2-ci və 3-cü siniflərdə təhsil alanlar; b) ibtidai təhsil məzunları və c) ümumi orta təhsil məzunları arasında i) oxumaq və ii) riyazi bacarıqların ən azı minimum səviyyəsinə nail olmuş uşaq və gənclərin xüsusi çəkisi
4.2.1.Sağlamlıq, təhsil alma və psixo-sosioloji rifah baxımından kənarlaşmalar olmadan inkişaf edən 24-59 aylıq uşaqların xüsusi çəkisi, cins üzrə bölgüdə
4.2.2.Təşkil olunmuş təlimdə iştirak səviyyəsi (rəsmi müəyyən edilmiş ibtidai təhsilə qəbul olunma yaşına bir il qalmış), cins üzrə bölgüdə
4.3.1.Son 12 ay ərzində gənclərin və böyüklərin formal və qeyri-formal təhsildə iştirak səviyyəsi, cins üzrə bölgüdə
4.4.1.İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarına malik olan gənclərin və böyüklərin xüsusi çəkisi, bacarıq növləri üzrə bölgüdə
4.5.1.Bu siyahıda təhsilə aid olan və dezaqreqasiya oluna bilən bütün göstəricilər üzrə bərabərlik indeksləri (qadın/kişi, şəhər/kənd yeri, aşağı/yuxarı rifah kvintilinin əhalisi və məlumatların mövcudluğundan asılı olaraq digərləri, məsələn əlillər, yerli xalqlar və münaqişənin təsirinə məruz qalmış insanlar)
4.6.1.Verilmiş yaş qrupunda ən azı müəyyən edilmiş funksional a) savadlılıq və b) riyazi savadlılıq səviyyəsinə çatmış əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə
4.7.1.a) təhsil sahəsində milli siyasətdə; b) tədris proqramlarında (kurikulumlarda); c) müəllimlərin hazırlanması proqramlarında və d) şagirdlərin attestasiyası sistemində i) dünya vətəndaşlığı ruhunda tərbiyənin və ii) dayanıqlı inkişaf üçün təhsilin təşviqi dərəcəsi
4.a.1.Əsas xidmətlərə əlyetərliyi təmin edən məktəblərin xüsusi çəkisi, xidmət növləri üzrə bölgüdə
4.c.1.Tələb olunan minimal kvalifikasiyalara malik olan müəllimlərin xüsusi çəkisi, təhsil səviyyəsi üzrə bölgüdə
Bu məlumatı çap et və ya paylaş!
Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək
Dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək
Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.
Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər