Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 2 . Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
  • 2.1.2030-cu ilədək, aclığa son qoymaq və hamının, xüsusən də yoxsulların və aztəminatlı insanların, o cümlədən körpələrin il boyu təhlükəsiz, qidalandırıcı və kifayət qədər ərzağa çıxış imkanını təmin etmək.
  • 2.2.2030-cu ilədək, bütün pis qidalanma hallarına son qoymaq, o cümlədən, 2025-ci ilədək, 5 yaşadək olan uşaqlarda inkişafdan qalma (bəstəboyluq) və arıqlıq halları ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə çatmaq və yeniyetmə qızların, hamilə və ya uşağına süd verən qadınların və yaşlı insanların qidalanma ilə bağlı ehtiyaclarını təmin etmək.
  • 2.4.2030-cu ilədək, dayanıqlı ərzaq istehsalı sistemlərini təmin etmək və məhsuldarlığı və istehsalı artıran, ekosistemlərin saxlanmasına kömək edən, iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və digər təbii fəlakətlərə uyğunlaşma üçün potensialı gücləndirən, habelə yerin və torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrini tətbiq etmək.
  • 2.5.2020-cu ilədək, başqa üsullarla yanaşı, milli, regional və beynəlxalq səviyyələrdə düzgün idarə olunan və şaxələndirilmiş toxum və bitki bankı vasitəsilə, toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhliləşdirilən heyvanların və onlarla bağlı yabanı növlərin genetik müxtəlifliyini qorumaq və beynəlxalq səviyyədə razılaşdırılmaqla genetik resurslardan və bununla bağlı ənənəvi biliklərdən istifadə nəticəsində meydana çıxan faydalardan yararlanmanı və onların ədalətli və bərabər şəkildə bölüşülməsini təmin etmək.
  • 2.a.İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə kənd təsərrüfatındakı istehsal potensialını artırmaq məqsədilə, başqa üsullarla yanaşı beynəlxalq əməkdaşlığı gücləndirməklə, kənd infrastrukturuna, kənd təsərrüfatında tədqiqat və genişləndirmə xidmətlərinə, texnologiyaların inkişaf etdirilməsinə və bitki və mal-qara banklarına yatırımı artırmaq.
  • 2.c..Ərzağın qiymətində kəskin dəyişkənlikləri məhdudlaşdırmağa kömək etmək məqsədilə, ərzaq malları bazarlarının və onlardan törəmə müəssisələrin düzgün şəkildə fəaliyyət göstərməsini təmin etmək və bazara, o cümlədən ərzaq ehtiyatlarına dair informasiyaya vaxtlı-vaxtında çıxış imkanına kömək etmək.