Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 17 . Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq
  • 17.6.Digər vasitələrlə yanaşı mövcud olan mexanizmlər arasında, xüsusən də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində əlaqələndirməni təkmilləşdirməklə və qlobal texnoloji yardım mexanizmləri vasitəsilə, elm, texnologiya və innovasiyalar üzrə Şimal-Cənub, Cənub-Cənub və üçtərəfli regional və beynəlxalq əməkdaşlığı və onlara çıxış imkanını genişləndirmək və qarşılıqlı şəkildə razılaşdrılmış şərtlər altında biliklərin bölüşülməsini artırmaq.
  • 17.8. 2017-ci ilədək, ən zəif inkişaf etmiş ölkələr üçün texnologiya bankını və elm, texnologiya və innovasiyalar üzrə potensialı inkişaf etdirmə mexanizmini tam şəkildə işə salmaq və əlverişli texnologiyadan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək.
  • 17.9.Şimal-Cənub, Cənub-Cənub və üçtərəfli əməkdaşlıq vasitəsilə, bütün dayanıqlı inkişaf məqsədlərini həyata keçirmək üçün milli planlara dəstək göstərmək məqsədilə, inkişaf etməkdə olan ölkələrdə effektiv və məqsədyönlü potensialı inkişaf etdirmə işinin aparılmasına beynəlxalq dəstəyi artırmaq.
  • 17.18.2020-ci ilədək, gəlir, gender, yaş, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli şəraitə uyğun olaraq digər səciyyəvi xüsusiyyətlərə görə təfsilatlandırılmış yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən zəif inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən ölkələrə potensialın inkişaf etdirilməsində dəstəyi artırmaq
  • 17.19.2030-cu ilədək, ümumi daxili məhsula əlavə olaraq dayanıqlı inkişaf üzrə irəliləyişin ölçülərini işləyib hazırlamaq üçün mövcud təşəbbüslərə əsaslanmaq və inkişaf etməkdə olan ölkələrdə statistik məlumat toplama potensialının inkişaf etdirilməsinə dəstək göstərmək.