Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 15 . Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
  • 15.1.2020-ci ilədək, beynəlxalq sazişlər əsasında öhdəliklərə uyğun olaraq, yer və daxili təmiz su ekosistemlərinin və onların xidmətlərinin, xüsusən də meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunmasını, bərpasını və onlardan dayanıqlı istifadəni təmin etmək.
  • 15.3.2030-cu ilədək, səhralaşma ilə mübarizə aparmaq, korlanmış sahə və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış sahələri bərpa etmək və torpaq korlanmasına qarşı neytral dünyaya nail olmağa çalışmaq.
  • 15.4. 2030-cu ilədək, dayanıqlı inkişaf üçün əsas olan faydalar gətirmə potensialını artırmaq məqsədilə, dağ ekosistemlərinin, o cümlədən onların biomüxtəlifliyinin qorunmasını təmin etmək.