Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunları



Məqsəd 9 . Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
Bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.

Bu Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları, daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin, məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.

Bu Qanun hər kəsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnun həyata keçirilməsi məqsədi daşıyır və Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyin iqtisadi, hüquqi, təşkilati əsaslarını, forma və üsullarını müəyyən edir.

Bu Qanun Azərbaycan Respublikasında maliyyə-sənaye qruplarının yaradılması, fəaliyyəti və ləğv edilməsinin hüquqi əsaslarını müəyyən edir.

Bu Qanun Azərbaycan Respublikasında kredit İttifaqlarının yaradılması və fəaliyyət göstərməsinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Bu Qanun nəqliyyatın fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.