Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunları



Məqsəd 7 . Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək

Bu Qanun enerji resurslarından istifadə sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və sosial əsaslarını, habelə onun həyata keçirilmə mexanizminin əsas istiqamətlərini müəyyən edir, bu sahədə dövlət ilə hüquqi vəfiziki şəxslər arasında münasibətləri tənzimləyir.

Bu Qanun elektrik və istilik enerjisinin istehsalının, nəqlinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını müəyyən edir. Bu Qanunun əsas məqsədi ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etməkdir.

Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir.

Bu Qanunun məqsədi elektrik stansiyalarında, o cümlədən müstəqil elektrik stansiyalarında elektrik və istilik enerjisinin istehsalının, elektrik və istilik enerjisi istehsalının sənaye proseslərilə birgə şəraitdə səmərəliliyinin, elektrik və istilik enerjisi istehsalçıları, nəqlediciləri və paylaşdırıcıları arasında əməkdaşlığın, təhlükəsizliyə, əhalinin saxlamlığına və ətraf mühitə mənfi təsirin məhdudlaşdırılmasının hüquqi təminatından ibarətdir.