Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunları



Məqsəd 2 . Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Bu Qanun Azərbaycan Respublikasında ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Bu Qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
Bu Qanun Azərbaycan Respublikasında yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu Qanun Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının sığortasının stimullaşdırılmasının hüquqi və iqtisadi əsaslarını müəyyən edir, sığortanın iştirakçıları arasında münasibətləri tənzimləyir.