Azərbaycan Respublikasının müvafiq məcəllə və qanunları



Məqsəd 13 . İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək
Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir.
Bu Qanun Azərbaycan Respublikasında hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Atmosfer havası insanların sağlamlığına, əmək qabiliyyətinə, flora və faunaya təsir edən ətraf mühitin ayrılmaz tərkib hissəsidir. Bu Qanun atmosfer havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən etməklə əhalinin əlverişli ətraf mühitdə yaşamasına və ətraf mühit barədə dəqiq məlumat almasına dair hüquqlarını həyata keçirməyə yönəldilmişdir.
Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.