İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək
Göstərici 13.2.2 İstixana qazlarının ümumi illik emissiyaları


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   13.2.2 İstixana qazlarının ümumi illik emissiyaları
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İstixana qazlarının ümumi illik emissiyaları
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu rana.lazimova@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (22 24)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+994 12) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 19.02.2020
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 19.02.2020
2.3 Metaməlumatların son yenilənməsi tarixi 17.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Atmosferə atılmış istilik effekti yaradan qazların həcmi hesablama metodu ilə müəyyənləşdirilir.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Kioto protokolunun A əlavəsinə əsasən istilik effekti yaradan qazların siyahısına daxildir: karbon qazı (CO2),  azot bir oksid (N2O), metan  (CH4), hidroflüorkarbonlar, kükürd altı flüorid (SF6), perflüorkarbonlar.
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat 
3.3 Əhatə edilən sektor A, B, C, D, E, J, M, F, G, H, İ, O, S seksiyaları
3.4 Statistik anlayışlar və təriflər Atmosferə atılmış istilik effekti yaradan qazlar iqlim dəyişikliklərinə səbəb olan qazlardır.
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu İstilik effekti yaradan qazların milli kadastrının metodoloji bazasını iqlim dəyişmələri üzrə hökumətlərarası ekspert qrupunun (İDHEQ) təlimatları təşkil edir. Göstərici BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto protokolunun A əlavəsinə uyğun olaraq karbon qazı (CO2), azot bir oksid (N2O), metan (CH4), hidroflüorkarbonlar, kükürd altı flüorid (SF6), perflüorkarbonların cəmi kimi (çevirmə əmsallarından istifadə etməklə) hesablanır.
3.7 İstinad zonası Respublika
3.8 Vaxt əhatəliyi 2007-ci ildən başlayaraq bütün illəri əhatə edir
3.9 Baza dövrü İqtisadi inkişaf və struktur dəyişilklikləri nəzərə alınaraq baza dövrq dəyişdirilir. Sonuncu baza dövrü 2010-ci ildir
4 1 Ölçü vahidi milyon ton
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar "Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
6.2 Məlumatların təşkilatlararası bölgüsü  Məlumatın hesablanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti
 “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf 
Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf 
ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əh atə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Ətraf mühit statistikası üzrə məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır
10.2 Nəşrlər "Azərbaycanda ətraf mühit" adlı məcmuədə nəşr olunur https://www.stat.gov.az/source/environment/
10.3 Onlayn məlumat bazası
 Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. 
Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
 https://www.stat.gov.az/source/environment/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər  İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu (İntergovernment Panel on Climate Change - IPCC) tərəfindən 2006-cı ildə hazırlanmış “Atmosferə atılan istilik effekti yaradan qazların emissiyalarının hesablanması üçün metodologiya” və Avropa Monitorinq və Qiymətləndirmə Proqramı (European Monitoring and Evaluation Programme -EMEP) və Avropa Ətraf Mühit Agentliyi (European Environment Agency - EEA) tərəfindən 2013-cü ildə hazırlanmış “Emissiyaların inventarlaşmasına dair təlimat”
10.7 Keyfiyyət üzrə sənədlər 'https://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı
Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi 
sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar
 audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” 
sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci
 ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015
 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində 
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in 
tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar 
sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq 
edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
 ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür
 (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun 
istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq 
edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “ Ekologiya statistikasına 
dair 2-TG (hava) №-li rəsmi statistika hesabatı üzrə statistika prosesləri” nə dair statistika proseslərinin
 təsviri hazırlanmışdır https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/energ/eg03_sb.pdf İldə 1 dəfədən 
az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə 
dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin 
Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən 
Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. 
Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu İldə bir dəfə ətraf mühit statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 30.11.2020-ci ildə keçirilmişdir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölüməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Atmosfer havasının mühafizəsini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablama yolu ilə əldə olunur və illik dövriliklə Dövlət Statistika komitəsinə təqdim edilir.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövriliklə toplanır
18.3 Məlumatların toplanması  Statistik vahidlər onlayn rejimdə, ETSN isə kağız daşıyıcılarda təqdim edirlər.
18.4 Məlumatlara nəzarət  Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Atmosfer havasına atılan tullantılara dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla impyutasiya aparılmır.
18.6 Düzəlişlər 'Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.