Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Göstərici 16.10.2 Vətəndaşların informasiyaya çıxışı ilə bağlı qəbul olunmuş və qüvvədə olan konstitusion, qanunverici və/və ya siyasi zəmanətlərin mövcudluğu

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə hər kəsin fikir və söz azadlığı təmin edilir. Bundan əlavə, Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Belə ki, ölkə Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsasları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.

Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır ki, məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlər “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsasları “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Mənbə: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Qeydlər:
BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində göstərici “16.10.2 Vətəndaşların informasiyaya çıxışını təmin edən konstitusion, qanunverici və/və ya siyasi zəmanətləri qəbul və tətbiq edən ölkələrin sayı” kimi müəyyən edilmişdir. Göstəricinin milli səviyyədə tətbiqi sözügedən sahədə konstitusiya və müvafiq qanunların mövcudluğunu nəzərdə tutur. 


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.
Göstərici

16.10.2 Vətəndaşların informasiyaya çıxışı ilə bağlı qəbul olunmuş və qüvvədə olan konstitusion, qanunverici və/və ya siyasi zəmanətlərin olduğu ölkələrin sayı

Aid olduğu hədəf
16.10. Milli qanunvericiliyə və beynəlxalq sazişlərə uyğun olaraq, informasiyaya açıq çıxış imkanını təmin etmək və əsas azadlıqları qorumaq
Aid oldğu səviyyə
I səviyyə
Himayədar qurum(lar) UNESCO-UIS
Qlobal metaməlumta keçid
E-stolüstü kitaba keçid