Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Göstərici 16.9.1 Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək olan uşaqların xüsusi çəkisi, yaş üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   16.9.1 Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək olan uşaqların xüsusi çəkisi, yaş üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək olan uşaqların xüsusi çəkisi, yaş üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Əhali statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rza Allahverdiyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Əhali statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu rza.allahverdiyev@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 51 43
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 30.07.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 17.01.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 17.01.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək uşaqların xüsusi çəkisi, yaş bölgüsündə
3.2 Təsnifat sistemi

Qlobal məcmu göstəricilər dünyanı əmələ gətirən bütün alt-regionların çəkili orta göstəriciləridir. Regional məcmu göstəricilər region daxilindəki bütün ölkələrin çəkili orta göstəriciləridir.

3.3 Əhatə edilən sektor

Siyahıyaalmalar, ev təsərrüfatı sorğuları (Çoxsaylı Göstəricilər Qrupu Sorğusu və Demoqrafik Səhiyyə Sorğusu kimi) və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemləri



3.4 Statistik anlayışlar və təriflər Müvafiq ildə doğulan uşaqlara verilən doğum haqqında şəhadətnamələrin sayının müvafiq ildə qeydə alınan doğumların sayına nisbətən faizi kimi hesablanır.
3.5 Statistik vahid

Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək uşaqlar

3.6 Statistik məcmu Qiymətləndirmə yolu ilə
3.7 İstinad zonası Ölkə üzrə
3.8 Vaxt əhatəliyi Tətbiq olunmur
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar

YUNİSEF-in qlobal məlumat bazalarında yenilənmiş və beynəlxalq səviyyədə müqayisə oluna bilən məlumatların olduğunu təmin etmək məqsədilə YUNİSEF hər il müvafiq  proseduru icra edir. YUNİSEF, həmçinin, il boyu əlavə məlumat mənbələri axtarır. Bu mənbələr qlobal məlumat bazalarına daxil edilməzdən qabaq YUNİSEF-in ölkə bürosu tərəfindən yoxlanılır. YUNİSEF-in qlobal məlumat bazaları data.unicef.org - da ictimaiyyətə onlayn şəkildə açıqdır və müraciət edən digər BMT qurumlarına da təqdim olunur.

6.2 Məlumatların təşkilatlararası bölgüsü

Milli statistika orqanları (əksər hissəni) və ya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemlərinə məsul digər nazirliklər və ya dövlət orqanları

7 1 Məxfilik
7.1 Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf Fərdi məlumatlarla necə isləmək, onların məxfiliyini necə qorumaq lazımdır? http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf http://www.stat.gov.az/menu/6/personal_info/personal_information_en.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/6/calendar_y/
8.3 İstifadəçi girişi  Statistika Komitəsinin işinin vacib istiqamətlərindən biri statistika fəaliyyətinin nəticələrinin səmərəli yayılmasıdır və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” adlı sənəddə daha ətraflı məlumat verilmişdir (http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf).
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
10.3 Onlayn məlumat bazası Hazır cədvəllər bu linkdə mövcuddur: https://www.sdg.azstat.org/
10.4 Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəcilərin sorğularının cavablandırılması, elektron sorğular daxil edilməklə www.azstat.org/xidmətlər/st_məlumat "Statistik məlumatların (göstəricilərin) verilməsi" bölməsi.
10.6 Metodologiya üzrə sənədlər Doğumu rəsmi orqanlar tərəfindən qeydiyyata alınmış beş yaşadək olan uşaqların xüsusi çəkisi "Doğum haqqında akt qeydinə əsasən" müəyyənləşdirilir
10.7 Keyfiyyət üzrə sənədlər  Nəşr olunmuş və yayılmış rəsmi statistika məlumatlarında yol verilmiş səhvlərin düzəldilməsi qaydaları Statistik biznes-prosesin ümumi modeli (Azərbaycan versiyası, üçüncü redaksiya) Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təşkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur.Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  İldə bir dəfə əhali və gender statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və əgər həmin məlumatın əldə edilməsi aktual olduğda müvafiq prosedura keçdikdən sonra hənim məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır.
12.2 İstifadəçi məmnunluğu Sonuncu dəfə 2010-cu ildə istifadəçilər arasında DSK-nın Məlumatların yayılması şöbəsi tərəfindən sorğu keçirilib və respondentlərin 78,7 faizi əhali statistikasına tam, 19,6 faizi isə qismən inandıqlarını bildirmişlər.
12.3 Dolğunluq  Məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır
13.2 Seçmə xətası There is no qualifying error as the information is generated as a result of general observation
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun olaraq həyata keçirilir.
14.2 Tam vaxtında yerinə yetirmə “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Coğrafi baxımdan ölkənin iqrisadi və inzibati rayon və şəhərlərini əhatə edir.
15.2 Vaxt üzrə müqayisəlilik 2015-ci ildən aparılır və dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3 Sahələrarası uyğunluq  Digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır
15.4 Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında da cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük Respondentlərə düşən yükün azaldılması məqsədilə hər il əhali və gender statistikası üzrə bütün hesabatların tərkibinə yenidən baxılır. Belə ki, 2012-ci ildə “Ev təsərrüfatlarında doğum və uşaq ölümü hallarının qeydiyyatı haqqında” 1-DÖQ nömrəli rəsmi statistika müşahidəsi forması, “Əhalinin sayı, təbii və miqrasiya hərəkəti haqqında” 1-STM nömrəli rəsmi statistika hesabatı formaları respondentlərə düşən informasiya yükünün azaldılması məqsədilə Dövlət Statistika Komitəsinin 27 iyun 2012-ci il tarixli qərarı ilə ləğv edilmiş və 1-STM nömrəli rəsmi statistika hesabatı formasına yenidən baxılaraq bir sıra dəyişikliklər edilmiş və statistik cədvəl şəklində təsdiq edilmişdir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi İlkin məlumatlar alındıqdan sonra dəqiqləşmələr aparılır və yekun məlumat alınır. İlkin məlumat ilə yekun məlumatlar arasında cüzi də olsa fərq olur.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar "Doğum haqqında akt qeydinə əsasən"
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Qiymətləndirmə yolu ilə
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi  Məlumatların kompiliyasiyası yoxdur.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılır və bu Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19 1 Şərh Əlavə şərh yoxdur.