Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
Göstərici 2.2.1 Beş yaşadək uşaqlar arasında boyatmanın ləngiməsinin yayılma səviyyəsi (uşağın yaşına görə boyunun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqların Böyümə Standartlarının median göstəricisindən ortakvadratik kənarlaşması <-2)

Bu göstəriciyə dair  məlumatlar "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında  2021-2022-ci illərdə nəzərdə tutulan “Çoxgöstəricili Klaster Sorğu (MICS)”nun nəticələrinə uyğun olaraq toplanılacaqdır. 



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Beş yaşadək uşaqlar arasında boyatmanın ləngiməsinin yayılma səviyyəsi (uşağın yaşına görə boyunun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqların Böyümə Standartlarının median göstəricisindən ortakvadratik kənarlaşması <-2)
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elchinh@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 86 41
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/31/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/31/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Uşaqların böyüməsi uşaqların qidalanma vəziyyətini əks etdirən beynəlxalq miqyasda qəbul olunmuş nəticədir. Uşağın boy artımının ləngiməsi uşağın boyunun öz yaşına görə həddindən artıq qısa olması deməkdir və xroniki yaxud təkrarlanan düzgün qidalanmamanın nəticəsidir.
3.2 Təsnifat sistemi Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı
3.3 Əhatə edilən sektor  Sosial müdafiə və Səhiyyə statistikası sektoru
3.4 Statistik anlayışlar və təriflər 5 yaşadək uşaqlar arasında boyatmanın ləngiməsinin yayılması (Uşaqların yaşa görə boyunun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqların Böyümə Standartlarında norma kimi müəyyən edilmiş median göstəricisindən orta kvadratik kənarlaşması, <-2) 
3.5 Statistik vahid 5 yaşadək  boyatması ləngiyən uşaqlar
3.6 Statistik məcmu
3.7 İstinad zonası  Respublikanın  tibb müəssisələri üzrə.
3.8 Vaxt əhatəliyi 2010-cu ildən mövcuddur. 
3.9 Baza dövrü yoxdur
4 1 Ölçü vahidi nəfər
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Hesabatda olan göstəricilər səhiyyə sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Xəstəliklərin Beynəlxalq Təsnifatı 10 Baxış,BMT-nin Uşaq Fondu,Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF-ÜST-Dünya Bankı , İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumat Səhiyyə nazirliyi  tərəfindən təqdim olunur. Məlumatın alınmasını və təhlil edilməsinı  Dövlət Statistika Komitəsi təşkil edir. 
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi
8.2 Yayım təqviminə giriş
8.3 İstifadəçi girişi
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Sorğular
10.3 Onlayn məlumat bazası viruslu hepatit barədə onlayn məlumat bazasında 2000 ci ildən məlumat yerləşdirilib. Hepatitin ayrıca növləri orda qeyd olunmayıb.
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş "Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun,ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəcilərin sorğularının cavablandırılması, elektron sorğular daxil edilməklə www.azstat.org/xidmətlər/st_məlumat "Statistik məlumatların (göstəricilərin) verilməsi" bölməsi.
10.6 Metodologiya üzrə sənədlər Müalicə müəssisəsinin xidmət göstərdiyi ərazidə yaşayan əhalinin xəstəlikləri haqıında 12№-li forma (illik)
10.7 Keyfiyyət üzrə sənədlər  Keyfiyyətin idarə edilməsi sistemi sənəd toplusu (III nəşr). Statistik biznes –prosesin ümumi modeli. Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təlkiı edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  Səhiyyəyə dair göstəricilər həm beynəlxalq təşkilatların, həm də rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, elmi mütəxəssislərin, geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
12.2 İstifadəçi məmnunluğu  İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 01.11.2015-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/Sorgu_2013.pdf)
12.3 Dolğunluq Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Hesabat məlumatlarının dəqiqliyini və düzgün doldurulmasını təmin etmək məqsədilə Sosial statistika şöbəsinin Sosial müdafiə və səhiyyə statistikası sektoru hər zaman məlumatların nəticələrini diqqətlə nəzərdən keçirir, hesabat məlumatlarının düzgünlüyünə vaxtında nəzarət üçün yerli statistika orqanlarına  qarşıya çıxa biləcək səhvlərin vaxtında və yerində aradan qaldırılmasının metodologiyaya uyğun həyata keçirilməsinin vacibliyini nəzərlərinə çatdırır. Hesabat formalarında və metodoloji tövsiyələrdə tələbata uyğun olaraq təkmilləşdirmələr aparılır.
13.2 Seçmə xətası Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
14.2 Tam vaxtında yerinə yetirmə  Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 122 təqvim, 84 iş günü mövcuddur.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə bilinmir . Yalnız ölkə, Bakı və Naxçıvan üzrə  göstərici hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik 2010-cu ildən  müqayisəlik mövcuddur. 
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
15.4 Daxili uyğunluq  İlkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında fərq yoxdur.  
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  12 №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qəbulu  vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. 
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə səhiyyə fəaliyyəti ilə məşğul olan müəssisələr.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Səhiyyə nazirliyi tərəfindən  kağız versiyada təqdim olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Səhiyyəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.