İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
Göstərici 12.4.2 a) Əhalinin hər nəfərinə düşən təhlükəli tullantıların yaranması və b) emal edilən təhlükəli tullantıların xüsusi çəkisi, emalın növü üzrə bölgüdə

“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilən qlobal məqsəd və hədəflərin icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üçün tələb olunan keyfiyyətli, əlçatan, aktual, etibarlı məlumatlardan rəsmi statistika məqsədləri üçün istifadə əlavə məlumat mənbələrinin səfərbər edilməsini zəruri edir. Dövlət Statistika Komitəsi bu zərurətdən irəli gələrək mövcud mənbələrdən müvafiq məlumatların sc@azstat.org e-poçtuna göndərilməsini alqışlayır, bu istiqamətdə əməkdaşlığı dəstəkləyir.


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  12.4.2 a) Əhalinin hər nəfərinə düşən təhlükəli tullantıların yaranması və b) emal edilən təhlükəli tullantıların xüsusi çəkisi, emalın növü üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: a) Əhalinin hər nəfərinə düşən təhlükəli tullantıların yaranması və b) emal edilən təhlükəli tullantıların xüsusi çəkisi, emalın növü üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu rana.lazimova@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
 +99412 377 10 70  (22-24)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 08.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 08.08.2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 07.04.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı a) Əhalinin hər nəfərinə düşən yaranan təhlükəli tullantılarının həcmini əhalinin orta illik sayına bölməklə hesablanır.
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat 
3.3 Əhatə edilən sektor A;B;C;D;E;F;S seksiyaları
3.4 Statistik anlayışlar və təriflər Bu göstərici ölkədə yaranan təhlükəli tullantılarının əhalinin hər nəfərinə düşən miqdarını göstərir
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkədə yaranan təhlükəli tullantılardır. Məlumatlar istehsal prosesində  yaranan  təhlükəli tullantılar müəssisələr tərəfindən təqdim edilir.
3.7 İstinad zonası Respublika
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi kq
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstərici müəssisələr tərəfindən təqdim edilən "Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair" 2-TG (su təsərrüfatı) №-li hesabat məlumatları əsasında hesablanır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Kağız  və elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində ingilis və azərbaycan dillərində yerləşdirilir
10.3 Onlayn məlumat bazası Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər
İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın 
"e-xidmətlər" bölməsi (http://www.azstat.org/xidmetler/st_melumat/).
10.6 Metodologiya üzrə sənədlər “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair”  2-TG (tullantılar) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sistemi üzrə işlər aparılır.
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri, tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2020-ci il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir   (https://www.stat.gov.az/source/others/sorqu-yekun-2020_arayish.pdf)
12.3 Dolğunluq Məlumat dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə uyğundur
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 92 təqvim, 61 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Təhlükəli tullantılar barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə bilər
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Təhlükəli tullantıların yaranmasına  dair göstəricilər illik hesabatda əks olunur.
16 1 Xərc və yük  2-TG (tullantılar) №-li rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmasına imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina respondentlərə düşən yükün azalmasına şərait yaradır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş ‘Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti’ üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar “Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair”  2-TG (tullantılar) №-li illik rəsmi statistika hesabat forması  vasitəsilə toplanır. Mənbə istehsal prosesində yaranan  təhlükəli tullantılar müəssisələrdir.
18.2 Məlumatların toplanması dövriliyi İllik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Təhlükəli tullantıların əmələ gəlməsinə və hərəkətinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər edilir. İşin xüsusiyyətinə əsaslanaraq imputasiya aparılır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.