İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
Göstərici 12.4.1 İnformasiyanın ötürülməsi üzrə hər bir müvafiq sazişin tələblərinə uyğun olaraq təhlükəli tullantılar və digər kimyəvi maddələr üzrə öz öhdəlik və vəzifələrini yerinə yetirən beynəlxalq çoxtərəfli ekoloji sazişlərin mövcudluğu

Azərbaycan Respublikası BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına 2001-ci ildə qoşulmuş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan təyin edilmişdir. Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə “Təhlükəli tullantıların pasportlaşdırılması” Qaydası və “Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası” təsdiq edilmişdir.

“Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur. Konvensiya üzrə səlahiyyətli orqan kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Nazirlikdə Konvensiya ilə bağlı geniş məlumatlar toplanmış, aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup yaradılmış və müvafiq təkliflər planı hazırlanmışdır.

 “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nu və Protokola aid olan müvafiq düzəlişləri Azərbaycan Respublikası 1996-cı ildə ratifikasiya etmişdir. Ötən müddət ərzində ölkədə illik istifadə edilən ozondağıdıcı maddələrin (ODM) miqdarı müəyyənləşdirilmiş və həmin maddələrin istifadəsinin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan Azərbaycan Respublikasının Ozon Strategiyası hazırlanmışdır. Strategiyaya uyğun olaraq Azərbaycanda ODM-in istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiyanın Katibliyinə göndərilmişdir. Protokol üzrə götürülmüş öhdəliklərə görə artıq ölkədə xlorflüorkarbon tərkibli ODM-in istifadəsi və onların idxalı dayandırılmalıdır.



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.
Göstərici

12.4.1 İnformasiyanın ötürülməsi üzrə hər bir müvafiq sazişin tələblərinə uyğun olaraq öz öhdəlik və vəzifələrini yerinə yetirən təhlükəli tullantılar və digər kimyəvi maddələr üzrə beynəlxalq çoxtərəfli ekoloji sazişlərin tərəflərinin sayı

Aid olduğu hədəf
12.4. 2020-ci ilədək, razılaşdırılmış beynəlxalq çərçivələrə uyğun olaraq, mövcud olduqları müddət boyu kimyəvi maddələrin və bütün tullantıların ekoloji baxımdan düzgün idarəçiliynə nail olmaq və onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin minimuma endirmək məqsədilə havaya, suya və torpağa buraxılması hallarını əhəmiyyətli şəkildə azaltmaq
Aid oldğu səviyyə
I səviyyə
Himayədar qurum(lar) UNEP
Qlobal metaməlumta keçid
E-stolüstü kitaba keçid https://unstats.un.org/wiki/display/SDGeHandbook/Indicator+12.4.1