Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Göstərici 1.a.2 Ümumi dövlət xərclərində əsas xidmətlərə (təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat) çəkilən xərclərin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  1.a.2 Ümumi dövlət xərclərində əsas xidmətlərə (təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat) çəkilən xərclərin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

Qeydlər: Sözügedən göstərici Azərbaycan Respublikası vahid büdcə təsnifatının maddələrinə uyğun olaraq təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin maliyyələşdirilməsinə çəkilən xərclərin dövlət büdcəsinin ümumi xərclərindnə nisbəti kimi faizlə hesablanır.


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Ümumi dövlət xərclərində əsas xidmətlərə (təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat) çəkilən xərclərin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 74 50
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 7/31/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 7/31/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.  
3.2 Təsnifat sistemi Büdcə xərclərinin təsnifləşdirilməsi üçün BVF-nin “Dövlət Maliyyəsi Statistikasına dair Metodoloji Vəsaitin təsnifatlarına əsaslanan Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı tətbiq edilir.  
3.3 Əhatə edilən sektor Dövlət idarəetməsi sektorunun Mərkəzi hökumət altsektoru (Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu istisna olmaqla).
3.4 Statistik anlayışlar və təriflər
Büdcə xərcləri funksional və iqtisadi təsnifatlar üzrə təsnifləşdirilir. Büdcə xərclərinin funksional təsnifatı üzrə xərclər aşağıdakı kateqoriyalara bölünür: 
- ümumi dövlət xidmətləri;
- məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq;
- təhsil;
- səhiyyə;
- sosial müdafiə və sosial təminat;
- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət;
- mənzil və kommunal təsərrüfatı;
- yanacaq və enerji;
- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi;  
- sənaye, tikinti və faydalı qazıntılar;
- nəqliyyat və rabitə;
- iqtisadi fəaliyyət;
- əsas bölmələrə aid edilməyən xidmətlər. Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərclər aşağıdakı əsas kateqoriyalara bölünür:  1. Cari xərclər o cümlədən: - əmək haqqı; -əmək haqqına üstəlik; -pensiya və başqa sosial müavinətlər və ödənişlər; - malların satın alınması və başqa xidmətlər üzrə xərclər; -faiz üzrə ödənişlər; - qrantlar, subsidiyalar və cari köçürmələr. 2. Əsaslı xərclər o cümlədən: - əsas vəsaitlərin alınması; - kapital qoyuluşları və səhmlərin alınması. 3. Kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.   

3.5 Statistik vahid Dövlət büdcəsinin xərclərinə dair məlumatlar inzibati mənbədən (Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən) ümumiləşdirilmiş şəkildə əldə edilir və statistik vahid məfhumu tətbiq edilmir.
3.6 Statistik məcmu Dövlət büdcəsinin xərclərinə dair məlumatların inzibati mənbədən ümumiləşdirilmiş şəkildə əldə edildiyinə görə bu göstərici kontekstində statistik məcmu konsepsiyası tətbiq edilmir.
3.7 İstinad zonası Ümumilikdə ölkə üzrə hesablanır
3.8 Vaxt əhatəliyi 1991-ci ildən son hesabat dövrünədək vaxtı əhatə edən dinamika sıraları mövcuddur.
3.9 Baza dövrü Dövlət büdcəsinin xərclərinə dair məlumatlar nominal ifadədə dərc edilir və baza dövrü konsepsiyası tətbiq edilmir.
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı əsasında hazırlanır.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Beynəlxalq təşkilatlar və yerli istifadəçilər
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi Dövlət Statistika Komitəsi ilkin məlumatların məxfiliyinə zəmanət verir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Yayım təqvimi Komitənin internet səhifəsində mövcuddur.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.    
8.3 İstifadəçi girişi https://www.stat.gov.az/source/finance/; https://www.stat.gov.az/menu/13/
9 1 Yayım tezliyi Aylıq və illik 
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər "Azərbaycan Respublikası Dövlət Büdcəsinin icrasına dair illik hesabat"
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/finance/; https://www.stat.gov.az/menu/13/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
10.5 Digər Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı əsasında hazırlanır.
10.6 Metodologiya üzrə sənədlər Dövlət büdcəsinin xərclərinə dair məlumatlar Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun formalaşdırılır.  
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi tərəfindən həyata keçirilir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İstifadəçilər göstəricilərin dolğun, davamlı və müqayisə edilə bilən dinamika sıralarının mövcudluğunda maraqlıdırlar
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorgu yerləşdirilib
12.3 Dolğunluq Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Məlumatlar Maliyyə Nazirliyi tərəfindən yığılır və hazırlanır.
13.2 Seçmə xətası Mövcud deyildir.
13.3 Qeyri-seçmə xətası Mövcud deyildir.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Dövlət büdcəsinin xərcləri haqqında aylıq məlumatlar hesabat dövründən sonra 45 gün ərzində artan yekunla Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanaraq yayılır. İllik məlumatlar hesabat dövründən sonrakı il iyulun 30-dək hazırlanaraq yayılır. 
14.2 Tam vaxtında yerinə yetirmə Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Müqayisəlilik təmin edilir
15.3 Sahələrarası uyğunluq Məlumatlar ümumiləşdirilmiş şəkildə Maliyyə Nazirliyi tərəfindən təqdim olunur və Dövlətstatkomda sahələrarası uyğunluğa  nəzarət edilmir.
15.4 Daxili uyğunluq Məlumatların daxili uyğunluğuna nəzarət edilir.
16 1 Xərc və yük Respodentlərə ödəniş edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət  Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılmasıreqlamenti” üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Büdcə xərclərinə dair yanvar-dekabr ayları üzrə ilkin məlumatlar növbəti ilin iyul ayının 30-da dəqiqləşdirilir. 
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar aylıq və illik dövrləri əhatə edir.
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların işlənməsi prosesində riyazi nəzarət həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Mənbə məlumatları əsasında müxtəlif xərc maddələrinin xərclərin ümumi həcmində və ÜDM-də xüsusi çəkiləri, əvvəlki ilin eyni dövrünə nisbətən artım sürətinə dair məlumatlar hesablanır.
18.6 Düzəlişlər Mənbə məlumatlarına heç bir düzəliş edilmir.
19 1 Şərh Əlavə şərh yoxdur.