Göstəricinin adı:
Ümumi dövlət xərclərində əsas xidmətlərə (təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat) çəkilən xərclərin xüsusi çəkisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nuru Süleymanov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nuru.suleymanov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 74 50
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
7/31/2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
18.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
18.01.2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.
|
3.2
|
Təsnifat sistemi
|
Büdcə xərclərinin təsnifləşdirilməsi üçün BVF-nin “Dövlət Maliyyəsi Statistikasına dair Metodoloji Vəsaitin təsnifatlarına əsaslanan Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı tətbiq edilir.
|
3.3
|
Əhatə edilən sektor
|
Dövlət idarəetməsi sektorunun Mərkəzi hökumət altsektoru (Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu istisna olmaqla).
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Büdcə xərcləri funksional və iqtisadi təsnifatlar üzrə təsnifləşdirilir. Büdcə xərclərinin funksional təsnifatı üzrə xərclər aşağıdakı kateqoriyalara bölünür: - ümumi dövlət xidmətləri; - məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq; - təhsil; - səhiyyə; - sosial müdafiə və sosial təminat; - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət; - mənzil və kommunal təsərrüfatı; - yanacaq və enerji; - kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi; - sənaye, tikinti və faydalı qazıntılar; - nəqliyyat və rabitə; - iqtisadi fəaliyyət; - əsas bölmələrə aid edilməyən xidmətlər. Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərclər aşağıdakı əsas kateqoriyalara bölünür: 1. Cari xərclər o cümlədən: - əmək haqqı; -əmək haqqına üstəlik; -pensiya və başqa sosial müavinətlər və ödənişlər; - malların satın alınması və başqa xidmətlər üzrə xərclər; -faiz üzrə ödənişlər; - qrantlar, subsidiyalar və cari köçürmələr. 2. Əsaslı xərclər o cümlədən: - əsas vəsaitlərin alınması; - kapital qoyuluşları və səhmlərin alınması. 3. Kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı.
|
3.5
|
Statistik vahid
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar inzibati mənbədən (Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən) ümumiləşdirilmiş şəkildə əldə edilir və statistik vahid məfhumu tətbiq edilmir.
|
3.6
|
Statistik məcmu
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatların inzibati mənbədən ümumiləşdirilmiş şəkildə əldə edildiyinə görə bu göstərici kontekstində statistik məcmu konsepsiyası tətbiq edilmir.
|
3.7
|
İstinad zonası
|
Ümumilikdə ölkə üzrə hesablanır
|
3.8
|
Vaxt əhatəliyi
|
1991-ci ildən son hesabat dövrünədək vaxtı əhatə edən dinamika sıraları mövcuddur.
|
3.9
|
Baza dövrü
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar nominal ifadədə dərc edilir və baza dövrü konsepsiyası tətbiq edilmir.
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı əsasında hazırlanır.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Beynəlxalq təşkilatlar və yerli istifadəçilər
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Dövlət Statistika Komitəsi ilkin məlumatların məxfiliyinə zəmanət verir.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Yayım təqvimi Komitənin internet səhifəsində mövcuddur.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
8.3
|
İstifadəçi girişi
|
https://www.stat.gov.az/source/finance/; https://www.stat.gov.az/menu/13/
|
9
1
|
Yayım tezliyi
|
Aylıq və illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
"Azərbaycan Respublikası Dövlət Büdcəsinin icrasına dair illik hesabat"
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/finance/; https://www.stat.gov.az/menu/13/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
|
10.5
|
Digər
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı əsasında hazırlanır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun formalaşdırılır.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi tərəfindən həyata keçirilir.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İstifadəçilər göstəricilərin dolğun, davamlı və müqayisə edilə bilən dinamika sıralarının mövcudluğunda maraqlıdırlar
|
12.2
|
İstifadəçi məmnunluğu
|
Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu
ilə bağlı sorğu yerləşdirilib. http://www.stat.gov.az/link_click_counter/
|
12.3
|
Dolğunluq
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Məlumatlar Maliyyə Nazirliyi tərəfindən yığılır və hazırlanır.
|
13.2
|
Seçmə xətası
|
Mövcud deyildir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Mövcud deyildir.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Dövlət büdcəsinin xərcləri haqqında aylıq məlumatlar hesabat dövründən sonra 45 gün ərzində artan yekunla Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanaraq yayılır. İllik məlumatlar hesabat dövründən sonrakı il iyulun 30-dək hazırlanaraq yayılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisəlilik təmin edilir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
2015-ci ildən vaxt
üzrə müqayisəlilik mövcuddur və dinamika sıralarında fasilələr mövcud deyildir.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Məlumatlar ümumiləşdirilmiş şəkildə Maliyyə Nazirliyi tərəfindən təqdim olunur və Dövlətstatkomda sahələrarası uyğunluğa nəzarət edilmir.
|
15.4
|
Daxili uyğunluq
|
Məlumatların daxili uyğunluğuna nəzarət edilir.
|
16
1
|
Xərc və yük
|
Respodentlərə ödəniş edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılmasıreqlamenti” üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
"Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Azərbaycan Respublikasının dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Məlumatlar aylıq və illik dövrləri əhatə edir.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların işlənməsi prosesində riyazi nəzarət həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Mənbə məlumatları əsasında müxtəlif xərc maddələrinin xərclərin ümumi həcmində və ÜDM-də xüsusi çəkiləri, əvvəlki ilin eyni dövrünə nisbətən artım sürətinə dair məlumatlar hesablanır.
|
18.6
|
Düzəlişlər
|
Mənbə məlumatlarına heç bir düzəliş edilmir.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|