Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Göstərici 10.7.2 İnsanların nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiyasını və hərəkətliliyini asanlaşdıran miqrasiya siyasəti olan ölkələrin sayı

Son illər ərzində Azərbaycan Respublikasında miqrasiya sahəsinin tənzimlənməsində mühüm yeniliklər olmuşdur. Belə ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Ölkə hüdudlarında miqrasiya proseslərinin effektiv tənzimlənməsi, müraciət edənlərin rahatlığının təmin edilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılmasının asanlaşdırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin 8 regional idarəsi və dövlət sərhədinin buraxılış məntəqələrində miqrasiya şöbələri, eləcə də 2010-cu ildə Naxçıvan Muxtar Respublikasında Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Fərmanı əsasında miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi beynəlxalq təcrübə nəzərə alınmaqla miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi istiqamətində atılmış ciddi addımlardan biri olmuş və ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında tənzimlənməsinə, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsinə və sadələşdirilməsinə, həmçinin bu sahədə operativliyin və şəffaflığın təmin olunmasına səbəb olmuşdur. “Bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların yaşayış yeri üzrə qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrin verilməsini həyata keçirir. “Bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən əcnəbilərə verilən çıxış və qayıdış vizaları ləğv edilmişdir. Hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrini və etibarlı pasportlarını (digər sərhədkeçmə sənədləri) təqdim etməklə, heç bir viza almadan istənilən qədər ölkə ərazisindən gedə və qayıda bilərlər.

Azərbaycan Respublikasında yaşayan, işləyən və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2010-cu il tarixli, 276 nömrəli Fərmanı ilə Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılmış, onun “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və digər dövlət orqanlarının (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prokurorluğu, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyət Xidməti) müvafiq sistemlərinə inteqrasiyası təmin edilmişdir. Həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən mehmanxanalar, sanatoriyalar, istirahət evləri, pansionatlar, kempinqlər, turist bazaları, xəstəxanalar və digər belə ictimai yerlərin mövcud sistemlərin də VMMS-ə inteqrasiyası təmin edilmişdir.

VMMS Azərbaycan Respublikasında müvəqqəti olan, işləyən və yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında dəqiq statistik məlumatların toplandığı informasiya bazasıdır.

Müraciət edənlərin rahatlığı üçün Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri çərçivəsində elektron xidmətlərin göstərilməsi üçün Xidmətin rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılmış və 2011-ci ilin sentyabr ayından etibarən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Hazırda Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılmışdır. Elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adları, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə, ərizə-anket, blank və digər) elektron forması, həmçinin icazələrin, qərarların və digər sənədlərin verilməsi üçün alınan dövlət rüsumlarının miqdarı haqqında məlumatlar yerləşdirilmişdir.

Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi təsdiq edilmiş və həmin ilin avqustun 1-dən qüvvəyə minmişdir. Məcəllə Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.

Bu gün dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan “ASAN Xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, həmçinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi kimi müraciətlərin qəbul edilməsi ilə bağlı xidmətlər təqdim olunur.



Mənbə: Azərbaycan Respublikasının Miqrasiya xidməti


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.
Göstərici

10.7.2 Yaxşı düşünülmüş miqrasiya siyasətini həyata keçirən ölkələrin sayı

Aid olduğu hədəf
Başqa vasitələrlə yanaşı, planlaşdırılmış və düzgün idarə olunan miqrasiya siyasətlərini həyata keçirməklə qaydalara uyğun, təhlükəsiz, qanuni və məsuliyyətli miqrasiyaya və insanların hərəkətinə şərait yaratmaqBaşqa vasitələrlə yanaşı, planlaşdırılmış və düzgün idarə olunan 
Aid oldğu səviyyə
II səviyyə
Himayədar qurum(lar)

 DESA Əhali şöbəsi

IOM

Qlobal metaməlumta keçid
E-stolüstü kitaba keçid