Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
Göstərici 9.c.1 Mobil şəbəkə ilə əhatə edilən əhalinin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   9.c.1 Mobil şəbəkə ilə əhatə edilən əhalinin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Mobil şəbəkə ilə əhatə edilən əhalinin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Xidmət statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Gülbala Quliyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Xidmət statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu gulbala@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 93 98
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 8/30/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/30/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Mobil şəbəkə ilə əhatə olunan əhalinin mobil şəbəkə siqnalının əhatə dairəsində yaşayan insanların ümumi sayında xüsusi çəkisi 
3.2 Təsnifat sistemi İnzibati ərazi bölgüsü təsnifatı
3.3 Əhatə edilən sektor İnformasiya və rabitə statistikası
3.4 Statistik anlayışlar və təriflər “Texnologiyalar üzrə bölünməklə, mobil şəbəkə ilə əhatə olunan əhalinin xüsusi çəkisi“ göstəricisi mobil telefon istifadəçiləri olub-olmamaqlarından asılı olmayaraq, mobil şəbəkə siqnalının əhatə dairəsində yaşayan insanların sayının faizlə ifadəsini nəzərdə tutur. Bu göstəricini hesablamaq üçün  mobil şəbəkə siqnalının əhatə dairəsində yaşayan insanların sayı ölkə əhalisinin ümumi sayına bölünüb 100-ə vurulur. 
3.5 Statistik vahid Mobil rabitə xidməti göstərən hüquqi şəxslər 
3.6 Statistik məcmu Mobil rabitə xidməti göstərən hüquqi şəxslər bütövlükdə müşahidəyə cəlb olunur
3.7 İstinad zonası Mobil rabitə xidməti göstərən hüquqi şəxslərin təqdim etdiyi məlumatlara əsaslanır
3.8 Vaxt əhatəliyi Məlumatlar bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur
3.9 Baza dövrü Bu göstərici üzrə baza dövrü tələbatdan asılı olaraq dəyişir
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Məlumatın yayılması DSK-nın internet səhifəsində yerləşdirilməsi əsasında həyata keçirilir
8.2 Yayım təqviminə giriş Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
8.3 İstifadəçi girişi “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Azərbaycanda informasiya cəmiyyəti, Azərbaycanın statistik göstəriciləri
10.3 Onlayn məlumat bazası İllik məcmuələrin məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər Göstərici məcmuələrdən əlavə beynəlxalq təşkilatlar tərəfindən göndərilən sorğu vərəqələrində də əks olunur
10.6 Metodologiya üzrə sənədlər http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.7 Keyfiyyət üzrə sənədlər https://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılması nəzərdə tutulmuşdur. Statistik məhsulların və proseslərin nizamlı şəkildə aparılması, onların keyfiyyətinin yaxşılaşdırılması- Statistik biznes-prosesin ümumi modeli (SBPÜM) əsasında həyata keçiriləcəkdir  https://www.stat.gov.az/menu/2/quality/
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. Azərbaycan Respublikasının rəsmi statistika sistemində keyfiyyətin təmin olunmasının milli baza prinsipləri" (2013); Statistik məlumatlarının işlənməsi zamanı bütün keyfiyyət komponentlərinin paralel şəkildə yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə olunur. Belə hallarda hər bir statistik məhsul üzrə fərdi yanaşma tətbiq olunur və məhsulun keyfiyyəti üçün vacib olan aktuallıq, dəqiqlik, vaxtlı-vaxtında olma, uyğunluq və müqayisəlilik komponentlərinin zəruriliyi üzrə seçim edilir
12 1 Aktuallıq Statistik məlumatların istifadəçilərinin tələbatının mövcud məlumatlara ödənilməsi dərəcəsidir. İstehsal və istehlak olunan statistik anlayışlara (təriflər, təsnifatlar və s.) tələbatın ödənilməsi dərəcəsi.
12.1 İstifadəçi tələbatları İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və həmin məlumatın əldə edilməsi aktualdırsa, müvafiq prosedura keçdikdən sonra həmin məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır
12.2 İstifadəçi məmnunluğu İstifadəçilərin tələbatlarının ödənilməsi məqsədi ilə onlar tərəfindən verilən təkliflər mümkün qədər nəzərə alınır
12.3 Dolğunluq Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır
13 1 Dəqiqlik və etibarlılıq Dəqiqlik: hesablamaların və ya qiymətləndirmələrin dəqiqliyə və ya həqiqi  göstəriciyə yaxınlığı.Etibarlılıq: ilkin göstəricinin sonradan qiymətləndirilmiş göstəriciyə yaxınlığı.
13.1 Ümumi dəqiqlik İlkin məlumatlarda uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına müvafiq düzəlişlərin edilməsi ilə bağlı tapşırıq verilir
13.2 Seçmə xətası Məlumatın düzgünlüyünə şübhə yarandığı halda, hesablama nəzarəti xətanın (səhvin) mövcudluğunu müəyyən etməyə imkan verir
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparıla bilər.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun oyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
14.1 Vaxtlı-vaxtında olma Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
14.2 Tam vaxtında yerinə yetirmə İlkin məlumatların alınması ilə yekun məlumatların hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik Statistikanın ərazi (region) və ya vaxt üzrə müqayisəsində fərqlilik olan anlayışlara, ölçü vahidlərinə və prosedurlara.Müxtəlif üsullarla və müxtəlif məqsədlər üçün statistik məlumatların birləşdirilməsi mümkünlüyü.
15.1 Coğrafi müqayisəlilik Ölkə üzrə hesablanır
15.2 Vaxt üzrə müqayisəlilik Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3 Sahələrarası uyğunluq Digər sahələrlə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq İlkin məlumatlar yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə səhvlərin düzəldilməsi ilə bağlı tapşırıq verilir
16 1 Xərc və yük Hesabatların real-vaxt rejimində təqdim edilməsi respondentlərə düşən yükü azaldmışdır. Bu sahədə daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti" üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası vacib olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Mobil rabitə xidməti göstərən hüquqi şəxslər
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Müayinə anketlərini bazaya daxil edərkən proqrama verilmiş xüsusi nəzarət (məsələ qoyuluşu) əsasında, 2-ci yoxlama yerli statistika orqanları tərəfindən, 3-cü yoxlama Aparatın Xidmət statistikası şöbəsi tərəfindən aparılır
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunacaqdır.
18.6 Düzəlişlər Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
19 1 Şərh