Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
Göstərici 9.b.1 Əlavə dəyərin ümumi həcmində orta və yüksək texnoloji sahələrin məhsulunun əlavə dəyərinin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   9.b.1 Əlavə dəyərin ümumi həcmində orta və yüksək texnoloji sahələrin məhsulunun əlavə dəyərinin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əlavə dəyərin ümumi həcmində orta və yüksək texnoloji sahələrin məhsulunun əlavə dəyərinin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 74 50
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 8/1/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/1/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Orta və yüksək texnologiyalı sənayenin (bundan sonra OYTS) əlavə dəyərin emal sənayesinin əlavə dəyərinin ümumi həcmində (bundan sonra ESƏD) xüsusi çəkisi OYTS ilə ESƏD-nin əlavə dəyərləri arasındakı nisbəti göstərən əmsaldır.
3.2 Təsnifat sistemi  İqtisadi fəaliyyət növləri təsnifatı, Mülkiyyət növləri təsnifatı, İnzibati-ərazi bölgüsü təsnifatı, Sənaye məhsullarının statistik təsnifatı və s. beynəlxalq və milli təsnifatlardan istifadə olunur.
3.3 Əhatə edilən sektor Sənayenin hasilat və digər sahələrindən daxil olan xammal, material və yarımfabrikatların, həmçinin kənd təsərrüfatı, meşə və digər xammalların emalını həyata keçirən sənaye müəssisələrinin məcmusudur. İqtisadi fəaliyyət növləri təsnifatına görə, bura qida, içki, tütün, toxuculuq, geyim, dəri və dəridən məmulatlar, ayaqqabı, mebel, ağac emalı, kağız və karton, poliqrafiya, neft məhsulları, kimya, əczaçılıq,rezin və plastmas məmulatlar, qeyri-metal mineral məhsullar, metallurgiya, maşın və avadanlıqlar, kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalı sahələri daxildir.
3.4 Statistik anlayışlar və təriflər Sənayenin inkişafı bir qayda olaraq resurs əsaslı və aşağı texnologiyalı istehsalatdan OYTS-ə struktur şəkildə keçidə zəmin yaradır. Müasir, olduqca mürəkkəb istehsal strukturu müvafiq bacarıqların inkişaf etdirilməsi və texnoloji innovasiyalar üçün daha da əlverişli imkanlar yaradır. OYTS-də həmçinin yüksək texnoloji intensivlik və əmək məhsuldarlığına əsaslanan emal sənayesi olmaqla yüksək səviyyəli əlavə dəyər yaradılır. OYTS sektorunun xüsusi çəkisinin artırılması həmçinin innovasiyaların təsirini özündə əks etdirir.
3.5 Statistik vahid Emal sənayesinin əlavə dəyəri tədqiqatçılar və siyasət qurucuları tərəfindən ümumi qəbul edilmiş və ölkənin sənayeləşmə səviyyəsini ölçmək üçün geniş istifadə edilən bir göstəricidir. Emal sənayesinin əlavə dəyərinin xüsusi çəkisi emal sənayesinin iqtisadiyyatdakı rolunu və ümumilikdə ölkənin milli inkişafını əks etdirir. Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyəri ölkənin sənayeləşmə səviyyəsinin ölkə iqtisadiyyatının həcminə uyğunlaşdırılmış əsas göstəricisidir. 
3.6 Statistik məcmu Sənaye məhsulunun həcminin hesablanmasında baş məcmu bütün sənayedir. Aylıq dövrilikdə iri, rüblük dövrilikdə isə kiçik sahibkarlıq subyektlərindən və illik dövrilikdə iri və kiçik sahibkarlıq subyektlərindən başdan-başa metodla məlumatlar əldə edilir.
3.7 İstinad zonası Məcmu əlavə dəyər istehsaldan aralıq istehlakı çıxmaqla müəyyən edilir və əmək haqları, hökumət və şirkətlərin məcmu əməliyyat gəlirləri, fərdi müəssisələrin məcmu qarışıq (müxtəlif mənbələrdən) gəlirləri və vergilərin cəmindən (mal və xidmətlərə xalis vergilərdən başqa) istehsal və idxal üzrə subsidiyaların çıxılması zamanı yaranan məbləğə bərabərdir (Milli Hesablar Sistemi 2008). Emal sənayesi dedikdə bütün iqtisadi fəaliyyət növlərinin Beynəlxalq Standart Sahə Təsnifatı (BSST) IV versiya, Bölmə C və III versiya, Bölmə D əsasında müəyyən edilmiş sektora məxsus sənaye sahələri başa düşülür.
3.8 Vaxt əhatəliyi Emal sənayesi məhsulunun həcmi bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur.  
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Ümumi daxili məhsul beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır. 
6.2 Məlumatların təşkilatlararası bölgüsü Emal sənayesi məhsulunun (işlərin, xidmətlərin) həcminin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. 
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi Dövlət Statistika Komitəsi ilkin məlumatların məxviliyinə zəmanət verir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Emal sənayesi məhsulunun həcminə dair məlumatların yayılması BVF-in məlumatların yayılmasına dair ümumi standartına və Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.  
8.2 Yayım təqviminə giriş https://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq emal sənayesi haqqında məlumatlar hər ay Komitənin internet səhifəsində yerləşdirilir. Sənaye haqqında məlumat aylıq bülletün "Sosial-iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" və "Azərbaycanın statistik göstəriciləri" və "Azərbaycanın sənayesi" məcmuələrində dərc edilir.
10.3 Onlayn məlumat bazası  https://www.stat.gov.az/menu/13/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
10.5 Digər Əlavə dəyərin  artım tempinin hesablanmasına dair MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.  Sənaye statistikası üzrə əsas beynəlxalq tövsiyələr: BMT-nin sənaye statistikası üzrə beynəlxalq tövsiyəsi (International Recommendations for Industrial Statistics 2008,UN), Aİ-nin göstərişləri (Council Regulation (EC) No 1165/98 concerning short-term statistics, Eurostat manual on the Production of Structural Business Statistics) və s. istifadə olunur.
10.6 Metodologiya üzrə sənədlər UNIDO (2010), Sənaye Statistikası – Rəhbər prinsiplər və metodologiya: Bu nəşr DSİ-nin yaxud sahəvi nazirliklərin sənaye statistikası proqramlarında çalışan statistika üzrə mütəxəssislər üçün bələdçi kimi nəzərdə tutulmuşdur. Burada sənaye üzrə statistik əməliyyatların başlıca mərhələlərinə dair statistik metodlar təsvir olunur. 
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi tərəfindən həyata keçirilir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Emal sənayesi- İldə bir dəfə sənaye statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorgu yerləşdirilib
12.3 Dolğunluq MHS-1993 və MHS-2008 çərçivəsində ÜDM -ə aid olan bütün komponentlər.  Sənaye statistikası üzrə əsas beynəlxalq tövsiyələr: BMT-nin sənaye statistikası üzrə beynəlxalq tövsiyəsi (International Recommendations for Industrial Statistics 2008,UN), Aİ-nin göstərişləri (Council Regulation (EC) No 1165/98 concerning short-term statistics, Eurostat manual on the Production of Structural Business Statistics) və s. istifadə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən və digər inzibati mənbələrdən toplanır və işlənir.
13.2 Seçmə xətası Mövcud deyildir.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Aylıq və rüblük bülletenlərin nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır.
14.2 Tam vaxtında yerinə yetirmə Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Emal sənayesi ölkə üzrə cəmi, həmçinin regionlar üzrə hesablanır ÜDM üzrə müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Müqayisəlilik təmin edilir
15.3 Sahələrarası uyğunluq Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
15.4 Daxili uyğunluq Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
16 1 Xərc və yük Respodentlərə ödəniş edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə sənaye istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə ev təsərrüfatlarıdır.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır
18.5 Məlumatların ümumiləşdirilməsi ÜDM üzrə məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən və digər inzibati mənbələrdən toplanır və işlənir.  Bir sıra sənaye müəssisələri üzrə, xüsusilə ev təsərrüfatları tərəfindən istehsal olunan ərzaq məhsulları ilə bağlı impyutasiyalar həyata keçirilir. Ev təsərrüfatlarının emal sənayesi istehsalına dair məlumatlar seçmə müayinələr əsasında formalaşdırılır, belə statistik müayinələr beş ildə bir dəfə aparılır. Lakin ayrı-ayrı rayon və şəhərlər üzrə seçmənin həcmi kiçik olduğuna və baş verə biləcək xətanın səviyyəsinin yüksək olma ehtimalına görə rayon və şəhərlər üzrə seçmə məlumatları baş məcmuya şamil edilmir, həmin məlumatlar yalnız ölkə üzrə hesablanır.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yeniden baxılması reqlamentinə əsasən metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19 1 Şərh Əlavə şərh yoxdur