Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
Göstərici 9.5.2 Əhalinin hər bir milyon nəfərinə düşən tədqiqatçıların sayı (tam məşğulluq ekvivalentində)


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  9.5.2 Əhalinin hər bir milyon nəfərinə düşən tədqiqatçıların sayı (tam məşğulluq ekvivalentində)
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əhalinin hər bir milyon nəfərinə düşən tədqiqatçıların sayı (tam məşğulluq ekvivalentində)
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elchin.haji@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi  27.10.2017
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 27.10.2017
2.3 Metaməlumatların son yenilənməsi tarixi 27.02.2023
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Tədqiqat və işləmələrlə məşğul olan heyət – ardıcıl olaraq həyata keçirdiyi yaradıcılıq fəaliyyətini elmi biliklərin artırılmasına, bu biliklərin yeni tətbiq sahələrinin axtarılmasına yönəldilmiş, eləcə də tədqiqat və işləmələrin yerinə yetirilməsi ilə əlaqədar olan xidmətlərin bilavasitə göstərilməsi ilə məşğul olan şəxslərin məcmuyudur. Statistikada tədqiqat və işləmələr ilə məşğul olan heyət tədqiqat və işləmələri yerinə yetirən təşkilatların (ali məktəblərin, sənaye müəssisələrinin və sair müvafiq bölmələrin) işçilərinin siyahı sayı kimi nəzərə alınır. Tədqiqat və işləmələrlə məşğul olan heyət dörd kateqoriyaya ayrılır: tədqiqatçılar, texniklər, köməkçi heyət və digər heyət.
3.2 Təsnifat sistemi İnzibati Ərazi Bölgüsü Təsnifatından, İFNT(iqtisadi fəaliyyət növlərinin təsnifatı) istifadə edilir.
3.3 Əhatə edilən sektor Sosial
3.4 Statistik anlayışlar və təriflər Tədqiqat və işləmələrlə məşğul olan heyət – ardıcıl olaraq həyata keçirdiyi yaradıcılıq fəaliyyətini elmi biliklərin artırılmasına, bu biliklərin yeni tətbiq sahələrinin axtarılmasına yönəldilmiş, eləcə də tədqiqat və işləmələrin yerinə yetirilməsi ilə əlaqədar olan xidmətlərin bilavasitə göstərilməsi ilə məşğul olan şəxslərin məcmuyudur. Statistikada tədqiqat və işləmələr ilə məşğul olan heyət tədqiqat və işləmələri yerinə yetirən təşkilatların (ali məktəblərin, sənaye müəssisələrinin və sair müvafiq bölmələrin) işçilərinin siyahı sayı kimi nəzərə alınır. Tədqiqat və işləmələrlə məşğul olan heyət dörd kateqoriyaya ayrılır: tədqiqatçılar, texniklər, köməkçi heyət və digər heyət. Tədqiqatçılar – elmi tədqiqat və işləmələrlə peşəkarcasına məşğul olan və yeni biliklərin, məhsulların, proseslərin, metodların və sistemlərin yaradılmasını bilavasitə həyata keçirən, eləcə də göstərilən fəaliyyət növlərinin idarə edilməsini təmin edən işçilərdir. Mütəxəssis-tədqiqatçılar, adətən ali peşə təhsilinə malik olurlar. Texniklər – bir qayda olaraq tədqiqatçıların rəhbərliyi altında texniki vəzifələri (elmi cihazların, laboratoriya avadanlığının, hesablama texnikasının istismarı və onlara xidmət göstərilməsi, materialların, çertyojların hazırlanması, eksperimentlərin, sınaqların və təhlillərin aparılması və s.) yerinə yetirməklə elmi tədqiqat və işləmələrin həyata keçirilməsində iştirak edən işçilərdir. Köməkçi heyət – tədqiqat və işləmələrin həyata keçirilməsi ilə əlaqədar olan köməkçi vəzifələri yerinə yetirən: plan-iqtisad, maliyyə bölmələrinin, elmi-texniki informasiya bölmələrinin, elmi-texniki kitabxanaların, patent xidmətlərinin işçilərini, eləcə də elmi avadanlığın və cihazların qurulmasını, sazlanmasını, təmirini və onlara xidmət göstərilməsini həyata keçirən işçiləri əhatə edir. Digər işçilər – təsərrüfat xidməti üzrə işçilər və bütünlükdə təşkilatın fəaliyyəti ilə əlaqədar ümumi xarakterli vəzifələri yerinə yetirən işçilərə aid edilir. Bu işçilərə mühasibat, kadr xidməti, dəftərxana, maddi texniki təminat və s. ümumi xarakterli vəzifələri yerinə yetirən işçilər daxil edilir. Yerinə yetirilmiş elmi-texniki işlərin həcmi təşkilatın öz qüvvəsi ilə və eləcə də kənar təşkilatlar tərəfindən yerinə yetirdiyi işlərin həcmini əks etdirir. Yerinə yetirilmiş elmi-texniki işlərin həcminə fundamental tədqiqatlar, tətbiqi tədqiqatlar və işləmələr daxil edilir. Tədqiqat və işləmələr dedikdə, elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması məqsədi ilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyət başa düşülür. Fundamental tədqiqatlara yeni biliklərin istifadəsi ilə əlaqədar hər hansı bir məqsəd olmadan onların əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlar aid edilir. Onların nəticələri fərziyyələrdən, nəzəriyyələrdən, metodlardan və s. ibarətdir. Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların aparılması haqqında tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər. Tətbiqi tədqiqatlar konkret praktiki məsələlərin həll edilməsi məqsədi ilə yeni biliklərin əldə edilməsinə yönəldilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış problemlərin həlli üçün yeni metodları müəyyənləşdirir. İşləmələrə tədqiqat və təcrübi sınaqlar nəticəsində əldə edilmiş mövcud biliklərə əsaslanmış və yeni materialların, məhsulların, proseslərin, qurğuların, sistem və ya metodların yaradılmasına yönəlmiş mütəmadi işlər aid edilir. Bu işlər də artıq mövcud obyektlərin təkmilləşdirilməsi məqsədini daşıya bilər. İşləmələrin tərkibinə aşağıdakı fəaliyyət növləri daxil edilir: layihə-konstruktor və texnoloji işlər; sınaq nümunələrinin, dəstlərin, məmulatın (məhsulların) hazırlanması; tikinti üçün layihə işləri. Elmi-texniki xidmətlərə elmi-texniki informasiya, patentlər, lisenziyalar, standartlaşdırma, metrologiya və keyfiyyətə nəzarət sahəsində göstərilən fəaliyyət, elmi-texniki məsləhət və tətbiqetmə, eləcə də elmi biliklərin yayılması və tətbiqi üzrə digər fəaliyyət növləri aid edilir. Elmi təşkilatların balansında olan və onların əsas fəaliyyətində istifadə edilən elmi tədqiqat və işləmələrin əsas vəsaitlərinə bina və qurğular, maşın və avadanlıqlar, o cümlədən təcrübə-sınaq qurğuları, elmi cihazlar, avtomatlaşdırma vəsaitləri və hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, avadanlıqlar və sair aiddir. Bölmədə vəsaitin yaranma mənbələrindən asılı olmayaraq hesabat ilində elmi tədqiqat və işləmələrin yerinə yetirilməsinə çəkilən faktiki xərclər haqqında məlumatlar göstərilir. Ümumi xərclər – kənar təşkilatlar tərəfindən yerinə yetirilən işlər də nəzərə alınmaqla, elmi tədqiqat və işləmələrin yerinə yetirilməsinə sərf olunan xərclərin ümumi məbləğidir.
3.5 Statistik vahid Tədqiqat və işləmələrlə məşğul olan fiziki şəxslər
3.6 Statistik məcmu Elmi müəssisələr
3.7 İstinad zonası  Göstəriciyə dair məlumatlar statistik vahidlərin reyestrda mövcud olduğu ərazi üzrə təqdim olunmuş məlumatlara əsaslanır.
3.8 Vaxt əhatəliyi Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayına dair göstərici 1995-cı ildən hesablanir və dinamika sıraları mövcuddur.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi nəfər
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər  Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
10.3 Onlayn məlumat bazası  İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, Ekspes-Məlumat və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempinin hesablanmasına dair MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.
10.6 Metodologiya üzrə sənədlər Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir. 1-elm №li forma (Müəssisələrin yerinə yetirdiyi elmi tədqiqatlar və işləmələr haqqında) doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılması nəzərdə tutulmuşdur.
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İldə bir dəfə elm statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu  İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 31.08.2013-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (https://www.stat.gov.az/source/others/sorqu-yekun_06.12.2017.pdf)
12.3 Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır. Tədqiqat və işləmələri yerinə yetirən müəssisələr başdan-başa müşahidəyə cəlb edildiyindən bu sahədə kənarlaşmalar mövcud deyil. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
13.2 Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
13.3 Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
14.2 Tam vaxtında yerinə yetirmə  İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
15.1 Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
16 1 Xərc və yük Son dövrlərdə hesabatların real-vaxt rejimində təqdim edilməsinə keçilməsi səmərəliliyin yaxşılaşdırılması sahəsində atılan ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi sattistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün elmi-texniki işləri yerinə yetirən müəssisələr.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatın yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların kompilyasiyası aparılmır
18.6 Düzəlişlər Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
19 1 Şərh Əlavə şərh yoxdur