Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
Göstərici 9.4.1 Əlavə dəyər vahidinə düşən CO2 tullantıları


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   9.4.1 Əlavə dəyər vahidinə düşən CO2 tullantıları
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əlavə dəyər vahidinə düşən CO2 tullantıları
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu renal@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 63 03
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 93 61
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi  29.11.2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi  29.11.2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Bu göstərici  atmesferə atılan CO2 tullantılarının əlavə dəyər vahidinə düşən miqdarını xarakterizə edir. Göstərici CO2 emissiyalarının  miqdarının ölkədə yaranmış əlavə dəyərə nisbəti şəklində hesablanır.  
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat və İnzibati-Ərazi Bölgüsü Təsnifatı
3.3 Əhatə edilən sektor A, B, C, D, E, J, M, F, G, H, İ, O, S seksiyaları
3.4 Statistik anlayışlar və təriflər İstilik effekti yaradan qazlar (İEYQ) Yer kürəsinə Günəşdən gələn istiliyin geri qayıtmasına mane olan aşağıdakı qazlardır: karbon qazı (CO2), metan (CH4), oksidləşmiş azot (azot bir oksid-N2O), hidroftorkarbonlar (HFCs), perftorkarbonlar (PFCs), kükürd heksaftor (SF6), azot triftor (NF3). İEYQ-ın əsas “funksiyası” atmosferdə toplanaraq Yerin əks etdirdiyi və onun nisbətən soyumasına səbəb ola biləcək infraqırmızı şüaların kosmosa yayılmasına, başqa sözlə, Günəşdən Yer kürəsinə gələn istiliyin geri qayıtmasına əngəl yaratmaqdır.
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə stasionar mənbələrə malik olan, atmosfer havasını çirkləndirən bütün istehsal birlikləri, (kombinatları) müəssisə və təşkilatlar, eləcə də avtomobil nəqliyyatı vasitələridir. 
3.7 İstinad zonası Respublika, rayonlar, fəaliyyət növləri üzrə
3.8 Vaxt əhatəliyi 1990-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü  İqtisadi inkişaf və struktur dəyişilklikləri nəzərə alınaraq baza dövr dəyişdirilir. Sonuncu baza dövrü 2005-ci ildir
4 1 Ölçü vahidi  ton
5 1 Hesabat dövrü  illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə, press-reliz, bülleten və məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi   İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Ətraf mühit statistikası üzrə məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır
10.2 Nəşrlər "Azərbaycanda ətraf mühit" adlı məcmuədə nəşr olunur
10.3 Onlayn məlumat bazası Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər  İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər  "Atmosfer havasının mühafizəsinə dair" 2-TG (hava) №-li hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007_.php)
10.7 Keyfiyyət üzrə sənədlər Atmosfer havasına atılan çirkləndirici maddələr üzrə statistikaya dair keyfiyyət məruzəsi
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu  İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik 1990-2017-ci illəri əhatə edən dinamika sırasında müəyyən fasilələr mövcudur
15.3 Sahələrarası uyğunluq
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi vardır: Milli hesablar və makroiqtisadi göstəricilər statistikası
15.4 Daxili uyğunluq Atmosfer havasının mühafizəsini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük  2-TG (hava)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların  onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaratmışdır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  CO2- emissiyalarına dair məlumatlar isə ETSN tərəfindən təqdim olunur. Mənbə ETSN-dir. 
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövriliklə toplanır
18.3 Məlumatların toplanması Məlumatlar ETSN tərəfindən rəsmi məktubla təqdim edilir
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər
19 1 Şərh Əlavə şərh yoxdur.