Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
Göstərici 9.3.1 Sənayedə yaradılmış əlavə dəyərin ümumi həcmində kiçik müəssisələr tərəfindən yaradılmış əlavə dəyərin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  9.3.1 Sənayedə yaradılmış əlavə dəyərin ümumi həcmində kiçik müəssisələr tərəfindən yaradılmış əlavə dəyərin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Sənayedə yaradılmış əlavə dəyərin ümumi həcmində kiçik müəssisələr tərəfindən yaradılmış əlavə dəyərin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sənaye və tikinti statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Hacıbala Dadaşov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sənaye və tikinti statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu hajibalad@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 539 87 17
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 539 90 73
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 8/26/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/26/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/26/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Ölkə üzrə kiçik müəssiələr tərəfindən istehsal olunan sənaye məhsuları həcminin  ölkə üzrə sənaye məhsulunun məcmu həcminə nisbəti.
3.2 Təsnifat sistemi “İqtisadi fəaliyyət növləri təsnifatı”, “Sənaye məhsullarının statistik təsnifatı”, “Mülkiyyət növləri təsnifatı”, “İnzibati-ərazi bölgüsü təsnifatı”.
3.3 Əhatə edilən sektor İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə iqtisadiyyatın B - Mədənçıxarma sənayesi, C - Emal sənayesi, D - Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, E - Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi seksiyaları əhatə olunur.
3.4 Statistik anlayışlar və təriflər İşçilərin məhdud sayı  və ölkə, region üzrə ümumi fəaliyyət həcmində çox az payı olan hər hansı mülkiyyət formalı kiçik müəssisələr.
3.5 Statistik vahid Kiçik sahibkarlıq subyektləri
3.6 Statistik məcmu Məlumatlar illik dövriyyəsi 200 min manatadək, işçilərin sayı isə 25 nəfər olan Kiçik sahibkarlıq subyektlərindən toplanır.
3.7 İstinad zonası Azərbaycan Respublikasının iqtisadi və inzibati regionları.
3.8 Vaxt əhatəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təstiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları"na uyğun olaraq  məlumatlar 2016-cı ildən etibarən toplanılır.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu
6.2 Məlumatların təşkilatlararası bölgüsü “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) uyğun olaraq, ilkin məlumatların verilməsi qadağandır. https://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi statistik məlumatlar, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyi təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər. https://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və içtimaiyyətə açıqdır.  
8.2 Yayım təqviminə giriş https://www.stat.gov.az/menu/6/calendar_y/
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 08/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Bu göstərici haqqında mətbuata məlumat təqdim edilmir.
10.2 Nəşrlər  “Azərbaycanın sənayesi”, "Azərbaycanda kiçik və orta sahibkarlıq" statistik məcmuələrində əks olunur.  https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.azstat.org/MESearch/details
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.  http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər "Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur".
10.6 Metodologiya üzrə sənədlər "Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi haqqında" 1-istehsal (sənaye) nömrəli rəsmi statistika hesabatının tərtib edilməsinə dair metodoloji göstərişlər mövcuddur. https://www.stat.gov.az/menu/4/e-reports/az/04/004.php
10.7 Keyfiyyət üzrə sənədlər Sənədləşdirilmiş prosedurlar ("İnformasiyanın sənədləşdirlməsi proseduru", "Uyğunsuzluqların və təshihedci tədbirlərin idarə edilməsi proseduru", "Risklərin və imkanların idarə edilməsi proseduru", "Rəhbərlik tərəfindən təhlil", İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi proseduru ) və Dövlət Statistika Komitəsinin 2017-ci il 02 oktyabr tarixli, 06/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Statistik biznes-prosesin ümumi modeli" əsasında hazırlanmış "Sənaye və tikinti statistikası üzrə proseslərin idarə olunması standartları və xəritəsi" mövcuddur.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi  Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur.Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Sənaye və tikinti statistikası sahələrində statistik məlumatlara olan istifadəçi tələbatlarının yüksək səviyyədə təmin edilməsi, onların ehtiyaclarının müəyyənləşdirilməsi, həmçinin qarşılıqlı müzakirələrin aparılması məqsədilə Dövlət Statistika Komitəsinin “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq hər il statistik məlumat istifadəçiləri ilə görüşlər keçirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu Hər il Dövlət Statistika Komitəsinin internet səhifəsində istifadəçilər arasında sorğu keçirilir. Sonuncu sorğu 2017-ci ildə keçirilmişdir.
12.3 Dolğunluq Sənaye məhsulunun həcminə dair məlumatlar tam dolğundur və hər hansı bir dövr və ya sahə üzrə  bağlı sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Məlumatların alınması və müvafiq göstəricilərin hesablanmasında istifadəsi arasında vaxt uzunluğu 2 iş günündən çox deyildir.
14.2 Tam vaxtında yerinə yetirmə Məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Ölkə və regionlar üzrə toplanan məlumatların müqayisəliliyinin aparılması ilə bağlı hər hansı çətinlik müşahidə edilməmişdir.
15.2 Vaxt üzrə müqayisəlilik Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər mövcud olmamışdır.
15.3 Sahələrarası uyğunluq Sahələr arasında əlaqəli məlumat mübadiləsi aparıldığından uyğunsuzluq mövcud deyildir.
15.4 Daxili uyğunluq Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
16 1 Xərc və yük Statistik yükün azaıldılması məqsədilə kiçik müəssisələrdən məlumatlar rüblük dövrilikdə toplanır eyni zamanda hesabat formalarının təkmilləşdirilməsi aparılır və təkar və yaxud eyni məzmunlu göstəricilər hesabat formalarından çıxardılır.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi İlin yekunu üzrə dəqiqləşmələrdən sonra rüblük məlumatların yenidən dəqiqləşdirilməsi mümkündür. Bununla yanaşı, ilkin məlumatla dəqiqləşmiş məlumatlar arasında da cüzi fərqlər yarana bilər.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Məlumat üçün mənbə sənaye istehsalı ilə məşğul olan kiçik müəssisələrdir
18.2 Məlumatların toplanması dövriliyi Rüblük
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur.
18.5 Məlumatların ümumiləşdirilməsi İmpyutasiyalar həyata keçirilmir.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır
19 1 Şərh Əlavə şərh yoxdur.