Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməyə və innovasiyalara dəstək vermək
Göstərici 9.2.1 Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər nəfərinə düşən məbləği


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  9.2.1 Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər nəfərinə düşən məbləği
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər nəfərinə düşən məbləği
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 74 50
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 7/26/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 7/26/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Emal sənayesinin əlavə dəyərinin (ESƏD) ümumi daxili məhsula (ÜDM) xüsusi çəkisi ESƏD və ÜDM arasındakı nisbəti göstərən əmsaldır və hər ikisi 2010-cu il üzrə sabit AZN manatla  (inflyasiya nəzərə alınmadan) göstərilir.
3.2 Təsnifat sistemi İFNT (NACE) Rev.2 üçüncü versiya
3.3 Əhatə edilən sektor Sənayenin hasilat və digər sahələrindən daxil olan xammal, material və yarımfabrikatların, həmçinin kənd təsərrüfatı, meşə və digər xammalların emalını həyata keçirən sənaye müəssisələrinin məcmusudur. İqtisadi fəaliyyət növləri təsnifatına görə, bura qida, içki, tütün, toxuculuq, geyim, dəri və dəridən məmulatlar, ayaqqabı, mebel, ağac emalı, kağız və karton, poliqrafiya, neft məhsulları, kimya, əczaçılıq,rezin və plastmas məmulatlar, qeyri-metal mineral məhsullar, metallurgiya, maşın və avadanlıqlar, kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalı sahələri daxildir.
3.4 Statistik anlayışlar və təriflər Emal sənayesinin əlavə dəyəri tədqiqatçılar və siyasət qurucuları tərəfindən ümumi qəbul edilmiş və ölkənin sənayeləşmə səviyyəsini ölçmək üçün geniş istifadə edilən bir göstəricidir. Emal sənayesinin əlavə dəyərinin ÜDM-dəki xüsusi çəkisi emal sənayesinin iqtisadiyyatdakı rolunu və ümumilikdə ölkənin milli inkişafını əks etdirir. Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyəri ölkənin sənayeləşmə səviyyəsinin ölkə iqtisadiyyatının həcminə uyğunlaşdırılmış əsas göstəricisidir. Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyərindən statistika üçün əsas istifadə məqsədlərindən biri ölkələrin sənaye üzrə inkişaf mərhələsi baxımından qruplaşdırılmasıdır.
3.5 Statistik vahid Emal sənayesinin  həcminin hesablanması üçün lazım olan məlumatlar hüquqi şəxslərdən və fərdi sahibkarlıq subyektlərindən toplanır. Bununla yanaşı, ev təsərrüfatları tərəfindən istehsal olunan sənaye məhsullarının həcmi seçmə müayinə vasitəsilə əldə edilərək ölkə üzrə ümumi yekuna daxil edilir, ayrı-ayrı rayon və şəhərlər üzrə isə məlumatlarda nəzərə alınmır. Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorları ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricisidir.
3.6 Statistik məcmu Sənaye məhsulunun həcminin hesablanmasında baş məcmu bütün sənayedir. Aylıq dövrilikdə iri, rüblük dövrilikdə isə kiçik sahibkarlıq subyektlərindən və illik dövrilikdə iri və kiçik sahibkarlıq subyektlərindən başdan-başa metodla məlumatlar əldə edilir.
3.7 İstinad zonası Məcmu əlavə dəyər istehsaldan aralıq istehlakı çıxmaqla müəyyən edilir və əmək haqları, hökumət və şirkətlərin məcmu əməliyyat gəlirləri, fərdi müəssisələrin məcmu qarışıq (müxtəlif mənbələrdən) gəlirləri və vergilərin cəmindən (mal və xidmətlərə xalis vergilərdən başqa) istehsal və idxal üzrə subsidiyaların çıxılması zamanı yaranan məbləğə bərabərdir (Milli Hesablar Sistemi 2008). Emal sənayesi dedikdə bütün iqtisadi fəaliyyət növlərinin Beynəlxalq Standart Sahə Təsnifatı (BSST) IV versiya, Bölmə C və III versiya, Bölmə D əsasında müəyyən edilmiş sektora məxsus sənaye sahələri başa düşülür.
3.8 Vaxt əhatəliyi Emal sənayesi məhsulunun həcmi bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur.  Ümimi daxili məhsul 1990-1991-ci illəri əhatə etməklə rəsmi olaraq 1992-ci ildən hesablanır.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Ümumi daxili məhsul beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır. 
6.2 Məlumatların təşkilatlararası bölgüsü Emal sənayesi məhsulunun (işlərin, xidmətlərin) həcminin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. ÜDM-Bütün beynəlxalq təşkilatlara və yerli istifadəçilərə
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi Dövlət Statistika Komitəsi ilkin məlumatların məxviliyinə zəmanət verir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Emal sənayesi məhsulunun həcminə dair məlumatların yayılması BVF-in məlumatların yayılmasına dair ümumi standartına və Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.  Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempinin aylıq göstəricisi hesabat dövründən sonrakı ayın10-cu günü, rüblük-hesabat dövründən sonra 45-ci gün və illik növbəti ilin 15 yanvar tarixində şöbə tərəfindən təhvil verilir və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilir.
8.2 Yayım təqviminə giriş https://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq emal sənayesi haqqında məlumatlar hər ay Komitənin internet səhifəsində yerləşdirilir. ÜDM haqqında məlumat aylıq bülletün "Sosial-iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" və "Azərbaycanın statistik göstəriciləri" məcmuələrində dərc edilir.
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
10.5 Digər Ümumi Daxili Məhsulun (ÜDM)  artım tempinin hesablanmasına dair MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.
10.6 Metodologiya üzrə sənədlər ÜDM-in  real artım tempi haqqında metodoloji materialı "Statistika üzrə əsas göstəricilər", Azərbaycanın Milli Hesabları" adlı nəşrlərdə və ya bu linkdə tapmaq olar http://www/stat.gov.az/menu/7/other_metadata/.
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi tərəfindən həyata keçirilir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Emal sənayesi- İldə bir dəfə sənaye statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.ÜDM  üzrə əsas istifadəçilər: •  İqtisadiyyat Nazirliyi (İN),  Mərkəzi Bank• digər dövlət orqanları beynəlxalq təşkilatlar:  • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və digər dövlət orqanları və beynəlxalq təşkilatlar.
12.2 İstifadəçi məmnunluğu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında istifadəçi məmnunluğu ilə bağlı sorgu yerləşdirilib
12.3 Dolğunluq MHS-1993 və MHS-2008 çərçivəsində ÜDM -ə aid olan bütün komponentlər
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Hüquqi şəxslər və fərdi sahibkarlar üzrə məlumatlar toplanarkən başdan-başa metodu tətbiq olunur.
13.2 Seçmə xətası Mövcud deyildir.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma İllik ÜDM haqqında məlumatların birinci dəqiqləşdirmə 15 oktyabr tarixi; rüblük məlumatların birinci dəqiqləşdirmə vaxtı (I rüb) cari ilin sentyabr ayının 30-dək, son dəqiqləşdirmə tarixi-növbəti ilin sentyabr ayının 30-dək; (II rüb)-cari il dekabr ayının 30-dək, növbəti il sentyabrın 30-dək; (III rüb) növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə vaxtı -növbəti il sentyabr ayının 30-dək; (IV rüb) - növbəti il iyun ayının 30-dək , son dəqiqləşdirmə - növbəti il sentyabr ayının 30-dək; illik -növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə tarixi-növbəti il sentyabr ayının 30-dək. Məlumatların alınması və emal sənayesi məhsulunun həcminə dair məlumatların hesablanması arasında vaxt uzunluğu 2 iş günündən çox deyildir.
14.2 Tam vaxtında yerinə yetirmə Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Emal sənayesi ölkə üzrə cəmi, həmçinin regionlar üzrə hesablanır ÜDM üzrə müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Müqayisəlilik təmin edilir
15.3 Sahələrarası uyğunluq Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
15.4 Daxili uyğunluq Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
16 1 Xərc və yük Respodentlərə ödəniş edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Məlumat üçün mənbə sənaye istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə ev təsərrüfatlarıdır.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır
18.5 Məlumatların ümumiləşdirilməsi ÜDM üzrə məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən və digər inzibati mənbələrdən toplanır və işlənir.  Bir sıra sənaye müəssisələri üzrə, xüsusilə ev təsərrüfatları tərəfindən istehsal olunan ərzaq məhsulları ilə bağlı impyutasiyalar həyata keçirilir. Ev təsərrüfatlarının emal sənayesi istehsalına dair məlumatlar seçmə müayinələr əsasında formalaşdırılır, belə statistik müayinələr beş ildə bir dəfə aparılır. Lakin ayrı-ayrı rayon və şəhərlər üzrə seçmənin həcmi kiçik olduğuna və baş verə biləcək xətanın səviyyəsinin yüksək olma ehtimalına görə rayon və şəhərlər üzrə seçmə məlumatları baş məcmuya şamil edilmir, həmin məlumatlar yalnız ölkə üzrə hesablanır.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yeniden baxılması reqlamentinə əsasən metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19 1 Şərh Əlavə şərh yoxdur