Göstəricinin adı:
Sərnişin və yük daşımalarının həcmi, nəqliyyat növləri üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Xidmət statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Gülbala Quliyev
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Xidmət statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
gulbala.guliyev@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 93 98
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
8/30/2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
8/30/2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
15/02/2023
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Ölkə ərazisində və beynəlxalq marşurutlarda bütün növlərdən olan qatarlar, gəmilər, avtobus, taksi, təyyarə və vertolyotlar, habelə metro vasitəsi ilə kommersiya əsasında daşınmış sərnişinlərin və yüklərin həcmini göstərir
|
3.2
|
Təsnifat sistemi
|
Yük təsnifatı, Məhsul növləri təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Mülkiyyət növləri təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı
|
3.3
|
Əhatə edilən sektor
|
Nəqliyyat statistikası
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Əsas fəaliyyəti nəqliyyat işi olan hüquqi şəxslər-müəssisələr və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən kommersiya məqsədilə daşınmış sərnişinlərin və yüklərin həcmini göstərir
|
3.5
|
Statistik vahid
|
Nəqliyyat vasitəsi ilə sərnişin və yük daşınması fəaliyyəti göstərən bütün hüquqi şəxslər bütövlükdə və fərdi sahibkarlar seçmə qaydada müşahidəyə cəlb olunur
|
3.6
|
Statistik məcmu
|
Müşahidə vahidi hüquqi və fiziki şəxslər götürülür. Dəmir yolu, dəniz, hava yolları, metropoliten, avtobus və minik taksiləri ilə sərnişin və yük daşınması fəaliyyəti göstərən müəssisələr bütövlükdə müşahidəyə cəlb olunur. Avtomobil nəqliyyatında isə seçməyə düşmüş fərdi sahibkarlar arasında müşahidə aparılır və baş məcmuya şamil olunur
|
3.7
|
İstinad zonası
|
Nəqliyyat sektorunda fəaliyyət göstərən dəmir yolu, dəniz, hava yolları, metropoliten, avtobus və minik taksiləri ilə sərnişin və yük daşınması fəaliyyəti yerinə yetirən müəssisələrin və fərdi sahibkarların təqdim etdiyi məlumatlara əsaslanır
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur
|
3.9
|
Baza dövrü
|
Bu göstərici üzrə baza dövrü tələbatdan asılı olaraq dəyişir
|
4
1
|
Ölçü vahidi
|
min sərnişin, min ton
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Məlumatın yayılması DSK-nın internet səhifəsində yerləşdirilməsi əsasında həyata keçirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət” Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
9
1
|
Yayım tezliyi
|
Rüblük, İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Nəqliyyat və rabitənin işinin əsas göstəriciləri üzrə bulleten, Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın nəqliyyatı və s. məcmuələr
|
10.3
|
Onlayn məlumat bazası
|
Rüblük bülletenlərin, press-relizlərin, illik məcmuələrin məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
|
10.5
|
Digər
|
İnformasiya və rabitə statistikası üzrə göstəricilər təhlili məruzə və məcmuələrdən əlavə beynəlxalq təşkilatlar tərəfindən göndərilən sorğu vərəqələrində də əks olunur http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Nəqliyyat sektorunda yükdaşınması statistikasına dair keyfiyyət məruzəsi hazırlanmışdır.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
Struktur bölmədə statistik məhsulların və proseslərin keyfiyyətinin idarə olunması üçün mövcud olan sistemlər və quruluşlar. Struktur bölmədə istifadə olunan keyfiyyətin idarə olunması sisteminin qısa təsviri (EFQM, İSO və s.).
|
11.1
|
Keyfiyyət təminatı
|
https://www.stat.gov.az/menu/2/quality/
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. Azərbaycan Respublikasının rəsmi statistika sistemində keyfiyyətin təmin olunmasının milli baza prinsipləri" (2013); Statistik məlumatlarının işlənməsi zamanı bütün keyfiyyət komponentlərinin paralel şəkildə yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə olunur. Belə hallarda hər bir statistik məhsul üzrə fərdi yanaşma tətbiq olunur və məhsulun keyfiyyəti üçün vacib olan aktuallıq, dəqiqlik, vaxtlı-vaxtında olma, uyğunluq və müqayisəlilik komponentlərinin zəruriliyi üzrə seçim edilir.
|
12
1
|
Aktuallıq
|
Statistik məlumatların istifadəçilərinin tələbatının mövcud məlumatlara ödənilməsi dərəcəsidir. İstehsal və istehlak olunan statistik anlayışlara (təriflər, təsnifatlar və s.) tələbatın ödənilməsi dərəcəsi.
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə nəqliyyat statistikası üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və həmin məlumatın əldə edilməsi aktualdırsa, müvafiq prosedura keçdikdən sonra həmin məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır
|
12.2
|
İstifadəçi məmnunluğu
|
Şöbə tərəfindən istifadəçilərlə hər il mütəmadi olaraq görüş keçirilir. Görüşdə istifadəçilərin tələbatlarının ödənilməsi məqsədi ilə onlar tərəfindən verilən təkliflər mümkün qədər nəzərə alınır
|
12.3
|
Dolğunluq
|
Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
Dəqiqlik: hesablamaların və ya qiymətləndirmələrin dəqiqliyə və ya həqiqi göstəriciyə yaxınlığı.Etibarlılıq: ilkin göstəricinin sonradan qiymətləndirilmiş göstəriciyə yaxınlığı.
|
13.1
|
Ümumi dəqiqlik
|
Aylıq məlumatlar rüblük məlumatlar nəticəsində dəqiqləşdirilir. Arada çüzi fərqlər yarana bilər.
|
13.2
|
Seçmə xətası
|
Məlumatın düzgünlüyünə şübhə yarandığı halda, hesablama nəzarəti xətanın (səhvin) mövcudluğunu müəyyən etməyə imkan verir
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparıla bilər
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
Müxtəlif üsullarla və müxtəlif məqsədlər üçün statistik məlumatların birləşdirilməsi mümkünlüyü və statistikanın ərazi (region) və ya vaxt üzrə müqayisəsində fərqlilik olan anlayışlara, ölçü vahidlərinə və prosedurlara nisbətdə ölçülməsi. Statistikanın ərazi (region) və ya vaxt üzrə müqayisəsində fərqlilik olan anlayışlara, ölçü vahidlərinə və prosedurlara nisbətdə ölçülməsi
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə və regionlar üzrə hesablanır
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Digər sahələrlə əlaqəsi yoxdur
|
15.4
|
Daxili uyğunluq
|
Aylıq məlumatlar rüblük məlumatlar nəticəsində dəqiqləşdirilir. Arada fərqlər yarana bilər
|
16
1
|
Xərc və yük
|
Hesabatların real-vaxt rejimində təqdim edilməsi respondentlərə düşən yükü azaldmışdır. Bu sahədə daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
Dəqiqlik: hesablamaların və ya qiymətləndirmələrin dəqiqliyə və ya həqiqi göstəriciyə yaxınlığı. Etibarlılıq: ilkin göstəricinin sonradan qiymətləndirilmiş göstəriciyə yaxınlığı.
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti" üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumat üçün mənbə əsas fəaliyyəti nəqliyyat işi olan və kommersiya məqsədi ilə sərnişin və yük daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərdir
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Aylıq, rüblük, İllik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Müayinə anketlərini bazaya daxil edərkən proqrama verilmiş xüsusi nəzarət (məsələ qoyuluşu) əsasında, 2-ci yoxlama yerli statistika orqanları tərəfindən, 3-cü yoxlama Aparatın Xidmət statistikası şöbəsi tərəfindən aparılır
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur
|
18.6
|
Düzəlişlər
|
Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|