Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Göstərici 7.3.1 İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi hesablanan enerji tutumu


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   7.3.1 İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi hesablanan enerji tutumu
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İlkin enerji istehlakının ÜDM-ə nisbəti kimi hesablanan enerji tutumu
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu renal@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 63 03
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/31/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/31/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Enerji tutumu iqtisadiyyatın ümumi məhsul buraxılışının hər bir vahidinin dəyərinə görə iqtisadiyyata təmin olunan enerjini ifadə edir. Ümumi enerji miqdarını (Ümumi Enerji Təchizatı) ÜDM-ə bölməklə əldə edilir. Enerji tutumu iqtisadiyyatın ümumi məhsul buraxılışının məhsulun bir vahidini istehsal etmək üçün istifadə olunan enerjinin həcmini bildirir. Başqa sözlə, bu, ümumi iqtisadi buraxılışı istehsal etmək üçün iqtisadiyyatın enerjidən səmərəli istifadə etmə göstəricisidir. Bu göstəricinin aşağı olması o deməkdir ki, bir məhsul vahidini istehsal etmək üçün az həcmdə enerji istifadə olunub. 
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Sənaye Məhsullarının Təsnifatı və İnzibati-Ərazi Bölgüsü Təsnifatı
3.3 Əhatə edilən sektor İqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən müəssisələrinin təqdim etdiyi məlumatlara əsaslanır.
3.4 Statistik anlayışlar və təriflər Enerji Statistikası üzrə Beynəlxalq Tövsiyələrə (IRES) əsasən, ümumi enerji təchizatı istehsalın üzərinə xalis idxalı gəlməklə, daha sonra alınan cəmdən beynəlxalq dənizçilik və aviasiya bunkerlərini çıxmaqla və bu fərqin üzərinə birjada aktivlərin ilin əvvəlində açılış və ilin sonunda bağlanış qiyməti arasındakı fərqini gəlməklə hesablanır. 
3.5 Statistik vahid  Hüquqi və fiziki şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə məlumatlar müəssisə, təşkilatlar, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən təqdim edilir. Məlumatlar istehsal üzrə başdan-başa, istehlak üzrə isə seçmə qaydada müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası Respublika, rayonlar
3.8 Vaxt əhatəliyi
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi kq neft ekvivalenti/min manatla
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatların hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatlar və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər "Enerji məhsullarının hərəkəti" statistik bülleten və "Azərbaycanın energetikası" adlı məcmuədə nəşr olunur.
10.3 Onlayn məlumat bazası Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. İllik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş"tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun ilkin məlumatlardan istifadə edə bilər.
10.5 Digər İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər  "Enerji məhsullarının hərəkəti haqqında" 4–enerji №-li, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında" 1-alternativ enerji, 9-energetika, 5-istehlak, 24-energetika rəsmi statistik hesabat formaları, eyni zamanda "Fərdi sahibkar tərəfindən enerji məhsullarının istehlakı haqqında" 2-energetika (fərdi sahibkar) №-li və "Ev təsərrüfatında enerji məhsullarının istehlakı haqqında" 3-energetika (ev təsərrüfatı) seçmə statistik müşahidənin sorğu anketinin doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007_.php)
10.7 Keyfiyyət üzrə sənədlər İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumu haqqında keyfiyyət məruzəsi yazılmamışdır.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  İldə bir dəfə energetika statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır.
13.2 Seçmə xətası   Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma  Hesab dövrünün son günü ilə nəşr tarixi arasında 135 iş günü və ya 212 təqvim günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə  "İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumui"nun hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
15.2 Vaxt üzrə müqayisəlilik   1995-2016-ci illəri əhatə edən dinamika sırasında fasilə mövcud deyil.
15.3 Sahələrarası uyğunluq  Digər sahələrlə kənarlaşmalar müşahidə olunmur.
15.4 Daxili uyğunluq  İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumunu xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş ‘Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti’ üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Elektrik enerjisinə dair məlumatlar 9-energetika №-li, 24-energetika №-li, 5-istehlak №-li, 1-alternativ enerji№-li və 4–enerji №-li rəsmi statistik hesabat formaları, eyni zamanda 2-energetika (fərdi sahibkar) №-li və 3-energetika (ev təsərrüfatı) seçmə statistik müşahidənin sorğu anketi vasitəsilə toplanır. Mənbə elektrik enerjisini istehsal və istehlak edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi İlkin enerji istehlakının ÜDM-ə nisbəti ilə hesablanan enerji tutumu dair impyutasiyalar həyata keçirilmir.
18.6 Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh  Əlavə şərh yoxdur.