Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Göstərici 7.1.1 Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   7.1.1 Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu renal@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 63 03
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/31/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/31/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Əhalinin elektrik enerjisi ilə təchizatı
3.2 Təsnifat sistemi Təsnifat və İnzibati-Ərazi Bölgüsü Təsnifatı
3.3 Əhatə edilən sektor Ev təsərrüfatları
3.4 Statistik anlayışlar və təriflər Əhalinin elektrik enerjisi şəbəkəsinə çıxışının təmin edilməsi. Ev təsərrüfatında təchiz olunan elektrik enerjinin keyfiyyət və etibarlılıqı.  
3.5 Statistik vahid Fiziki şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə əhalinin elektrik enerjisi təchizatı ilə təmin edilməsidir. Məlumatlar 10 ildən bir əhalinin siyaalma nəticəsində müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası Respublika, rayonlar
3.8 Vaxt əhatəliyi
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatların hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatlar və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər "Azərbaycan Respublikası əhalisinin siyahıya alınması", "Ev təsərrüfatlarının tədqiqatı"
10.3 Onlayn məlumat bazası Nəşrlərin məlumat bazaları ilə proqram vasitəsilə birbaşa əlaqəsi yoxdur. Məlumatlar çıxış cədvəlləri əsasında tərtib olunmuşdur.
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır.Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş"tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları"na uyğun ilkin məlumatlardan istifadə edə bilər.
10.5 Digər İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər "2030-cu ilə enerjiyə çıxışın inkişafının proqnozlaşdırılmasının metodologiyası"
10.7 Keyfiyyət üzrə sənədlər Mövcud deyil 
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı
11.2 Keyfiyyət qiymətləndirilməsi
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  İldə bir dəfə energetika statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq   Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır.
13.2 Seçmə xətası Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma
14.2 Tam vaxtında yerinə yetirmə
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
15.2 Vaxt üzrə müqayisəlilik
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
15.4 Daxili uyğunluq  Elektrik enerjisini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş ‘Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti’ üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisinə dair məlumatlar "Siyahıya alma vərəqəsi" (1№li forma) seçmə statistik müşahidənin sorğu anketi və  ev təsərrüfatları üzrə "Rüblük gəlir və xərclərin uçotu anketi" 3-büdcə (rüblük) sorğu anketi vasitəsilə toplanır. Mənbə elektrik enerjisi təchizatı təmin edilən əhalidir.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisinə dair impyutasiyalar həyata keçirilmir.
18.6 Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh  Əlavə şərh yoxdur.