Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Göstərici 6.4.2 Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarında xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   6.4.2 Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarında xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Su ehtiyatlarına düşən yükün səviyyəsi: götürülmüş şirin suyun mövcud şirin su ehtiyatlarında xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu renal@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 63 03
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/30/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 8/31/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı “Su ehtiyatlarına yükün səviyyəsi: yığılmış şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti” ekoloji suya tələbat nəzərə alındıqdan sonra bütün əsas sahələr üçün götürülən şirin su ehtiyatlarının ümumi həcminin bütün bərpa oluna bilən şirin su ehtiyatlarının ümumi həcminə nisbətidir.Bu göstərici həm də sugötürmə intensivliyi kimi təsvir edilir.
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat 
3.3 Əhatə edilən sektor E seksiyası-Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi
3.4 Statistik anlayışlar və təriflər
Bu göstərici ölkədə bütün sahələrin ölkənin bərpa olunan şirin su ehtiyatlarına təzyiqini hesablayır. Su ehtiyatlarına təzyiqin aşağı səviyyədə olması onu göstərir ki, bütün sektorlar tərəfindən istifadə edilən bütün su ehtiyatlarının həcmi mövcud ehtiyatlarla müqayisədə azdır və bu səbəbdən ehtiyatların dayanıqlılığına və ya istifadəçilər arasında rəqabətə potensial təsiri azdır. 
Su ehtiyatlarına təzyiqin yüksək səviyyədə olması isə onu göstərir ki, bütün sektorların sudan ümumi istifadəsi bərpa olunan şirin su ehtiyatlarının ümumi həcminin nəzərəçapacaq dərəcədə böyük bir hissəsini təşkil edir və bu, nəticədə ehtiyatların dayanıqlılığına daha böyük təsir göstərməklə yanaşı, istifadəçilər arasında potensial münaqişə və rəqabətə səbəb ola bilər.
Bərpa olunan şirin su ehtiyatlarının ümumi həcmi (BŞÜH) bərpa olunan  daxili və xarici su ehtiyatlarının ümumi miqdarıdır. Burada “su ehtiyatları” və “sudan istifadə” dedikdə şirin su ehtiyatları və şirin su ehtiyatlarından istifadə nəzərdə tutulur.
Bərpa olunan daxili su ehtiyatları müəyyən ölkədə çayların illik axımının və yeraltı suların endogen yağıntı nəticəsində yaranan təkrar qidalanma həcminin uzunmüddətli illik orta kəmiyyəti kimi müəyyən olunur.
Bərpa olunan kənar su ehtiyatları dedikdə, ölkəyə daxil olan su axınları nəzərdə tutulur. Bu zaman müqavilə və ya sazişlərə əsasən yuxarı və aşağı axarlarda yerləşən ölkələr üçün saxlanılan axınların həcmi də nəzərə alınır.
Mənbədən götürülən şirin su ehtiyatının ümumi həcmi (MŞÜH) kənd təsərrüfatı, sənaye və məişətdə istifadə üçün mənbədən (çay, göl,sulu lay) götürülən şirin suyun həcmidir. O, aşağıdakı 3 əsas sektor üçün ölkə səviyyəsində hesablanır: kənd təsərrüfatı, məişətdə istifadə və sənaye Mənbədən götürülən şirin suya birinci dəfə götürülən şirin su (mənbədən daha əvvəl götürülməmiş), ikinci dəfə götürülən şirin su (daha əvvəl mənbədən götürülmüş və çaylara və yeraltı sulara qayıtmış su - məs.təmizlənib buraxılmış çirkab suyu və kənd təsərrüfatında drenaj suyu) və qrunt suları daxildir. Buraya qeyri-ənəvi su, məsələn, təmizlənmiş çirkab suyunun birbaşa istifadəsi, kənd təsərrüfatının drenaj suyunun birbaşa istifadəsi və duzdan təmizlənmiş su daxil deyil. MŞÜH sahələr üzrə mənbədən götürülən ümumi su ehtiyatlarının cəmindən  təmizlənmiş çirkab suyunun birbaşa istifadəsi, kənd təsərrüfatının drenaj suyunun birbaşa istifadəsi və duzdan təmizlənmiş suyu çıxmaqla hesablanır.
Suya olan ekoloji tələbat (SET) şirin sulu və mənsəb ekosistemlərini saxlamaq üçün tələb olunan su həcmidir. Suyun keyfiyyəti və ekosistem xidmətləri bu hesablamaya daxil edilmir. Bu hesablama suyun həcmi ilə məhdudlaşr. Bu o demək deyil ki, ekoloji axınlardan asılı olan cəmiyyətlərə dəstək və keyfiyyət önəmli deyil və diqqət yetirilməməlidir. SET-in hesablanması ilə bağlı üsullar son dərəcə dəyişkəndir və qlobal qiymətləndirmələrdən çay zolaqları üzrə kompleks qiymətləndirmələrə qədər dəyişir. Bu DİM-in məqsədləri üçün su həcmləri MÜŞH ilə eyni vahidlərlə, daha sonra isə mövcud su ehtiyatlarının faiz göstəricisi kimi ifadə oluna bilər.
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə sudan istifadə edən təsərrüfatlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası  Respublika
3.8 Vaxt əhatəliyi 2000-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstərici Meliorasiya və Su Təsərrüfatı ASC (2-TG (su təsərrüfatı) №-li hesabat əsasında) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilən məlumatlar əsasında hesablanır
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində ingilis və azərbaycan dillərində yerləşdirilir
10.3 Onlayn məlumat bazası  Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi "Su ehtiyatlarına təzyiq səviyyəsi: yığılmış şirin suyun mövcud şirin su ehtiyatlarına faiz nisbəti" ilə bağlı metodologiya
10.7 Keyfiyyət üzrə sənədlər
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə tam uyğundur
13.2 Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 92 təqvim, 61 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Su barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik 2000-2017-ci illəri əhatə edən dinamika sırasında fasilə mövcud deyil
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Sudan istifadəni xarakterizə edən göstəricilər üzrə (təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.) ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük 2-TG (su təsərrüfatı)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qarşıdakı illərdə onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verəcək. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradacaq.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-ci il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlament üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Sudan istifadəyə dair məlumatlar 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Şirin su ehtiyatlarına dair məlumatları isə ETSN təqdim edir.Mənbə sudan istifadə edən təsərrüfatlar və ETSN-dir.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Sudan istifadəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər
19 1 Şərh