Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Göstərici 6.3.1 Təhlükəsiz qaydada təmizlənən məişət və sənaye çirkab su axınlarının xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   6.3.1 Təhlükəsiz qaydada təmizlənən məişət və sənaye çirkab su axınlarının xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Təhlükəsiz qaydada təmizlənən məişət və sənaye çirkab su axınlarının xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Rəna Lazımova 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu renal@azstat.org
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 63 03
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 93 61
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 11/2/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 11/2/2018
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Bu göstərici təmizlənmiş çirkab suların həcminin çirkab suların ümumi həcmindəki xüsusi çəkisini ifadə edir.
3.2 Təsnifat sistemi İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat 
3.3 Əhatə edilən sektor E seksiyası-Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi
3.4 Statistik anlayışlar və təriflər Bu göstəricini hesablamaq üçün təmizlənmiş çirkab suların (yerində və ya başqa yerdə) həcmi çirkab suların ümumi həcminə bölünür. Məişət çirkab suların təmizlənməsinə dair məlumatlar 6.2.1 saylı çoxməqsədli göstəricidən əldə olunacaq. Sənaye çirkab sularının həcmləri barədə məlumatlar sənaye müəssisələrinin inventarlarına əsasən hesablana bilər. Bu məlumatlar üzv dövlətlərin əksəriyyətində İSİC-in təsnifatına uyğun şəkildə dezaqreqasiya olunmuş halda mövcuddur. 
3.5 Statistik vahid Hüquqi şəxslər
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə sudan istifadə edən təsərrüfatlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7 İstinad zonası  Respublika
3.8 Vaxt əhatəliyi 2000-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9 Baza dövrü 2015-ci il
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü  illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstərici Meliorasiya və Su Təsərrüfatı ASC (2-TG (su təsərrüfatı) №-li hesabat əsasında) tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilən məlumatlar əsasında hesablanır
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi   İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində ingilis və azərbaycan dillərində yerləşdirilir
10.3 Onlayn məlumat bazası  Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər BMT-nin İnsan Məskənləri Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi "Təhlükəsiz qaydada təmizlənən çirkab suların xüsusi çəkisi" ilə bağlı metodologiya
10.7 Keyfiyyət üzrə sənədlər
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir.
11.2 Keyfiyyət qiymətləndirilməsi  Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2 İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 25.11.2016-cı il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/sorqu-yekun_07.12.2016.pdf)
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə tam uyğundur
13.2 Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 92 təqvim, 61 iş günü mövcuddur.
14.2 Tam vaxtında yerinə yetirmə Su barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2 Vaxt üzrə müqayisəlilik 2000-2017-ci illəri əhatə edən dinamika sırasında fasilə mövcud deyil
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4 Daxili uyğunluq Sudan istifadəni xarakterizə edən göstəricilər üzrə (təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.) ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük 2-TG (su təsərrüfatı)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qarşıdakı illərdə onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verəcək. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradacaq.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-ci il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlament üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Sudan istifadəyə dair məlumatlar 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə sudan istifadə edən təsərrüfatlardır.
18.2 Məlumatların toplanması dövriliyi  İllik
18.3 Məlumatların toplanması Məlumatlar kağız daşıyıcılarda əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Sudan istifadəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər
19 1 Şərh