Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Göstərici 5.a.2 Qadınların torpağa dair bərabər mülkiyyət və/və ya sərəncam vermək hüquqlarına zəmanət verən hüquqi çərçivənin (o cümlədən adi hüquq) mövcudluğu

Ölkəmizdə mülkiyyət hüququ sahəsində mövcud olan normativ-hüquqi baza, eyni zamanda mülkiyyət üzərində hüquqların tənzimlənməsi mexanizmi (qanuni və milli adət-ənənə də daxil olmaqla) qadınların torpaq üzərində bərabər mülkiyyət və nəzarət hüquqlarına zəmanət veir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

Bundan əlavə, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir.

Mənbə:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Qeydlər:

BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində göstərici "5.a.2 Qadınlara torpağa sahib olmaq və\və ya torpaq üzərində sərəncam vermək hüququnu təmin edən hüquqi bazası (o cümlədən adi hüquq) olan ölkələrin xüsusi çəkisi kimi" müəyyən edilmişdir. Sözügedən sahədə milli hüquqi baza, o cümlədən adi hüquq normalarının mövcudluğu nəzərə alınaraq, göstərici  milli kontestdə "5.a.2 Qadınlara torpağa sahib olmaq və\və ya torpaq üzərində sərəncam vermək hüququnu təmin edən hüquqi bazanın (o cümlədən adi hüquq) mövcudluğu" kimi  tətbiq edilir.

 


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.